11/29/2021

Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır

Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli Amerikanın Səsinə müsahibəsində İranda yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb.

“Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”.

Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif qüvvələrin səsini kəsmək istəyirlər. Bu ümumilikdə İranın apardığı siyasətin tərkib hissəsidir. Bir tərəfdən dünya dövlətləri ilə  əlaqəyə girir, digər tərəfdən ölkə daxilində ona mane olacaq siyasi qüvvələrin səsini kəsir”.

İsabəylinin fikrincə Güney azərbaycanlılar 3-4 molla ilə deyil bir sistemlə “səssiz müharibə” aparır.  “Bu “səssiz müharibə”də rejimin kəşfiyyat orqanları sakit deyil. Kəşfiyyat orqanları çalışır ki, nəinki Güney Azərbaycanda zorla, həm də müxtəlif yollarla, - insanları ələ almaqla, xarici dövlətlərə, orada yaşayan insanlara nüfuz edərək onların vasitəsi ilə daxildə azərbaycanlıların fəaliyyətinin qarşısını alsın və Güney Azərbaycanlılar arasında pərakəndəliyi daha da inkişaf etdirsin ki, Güney Azərbaycan məsələsi İranın daxilində inkişaf etməsin. Daha doğrusu rejimi qorxuya salacaq səviyyəyə gəlib çıxmasın”, deyə o “Həsən Ruhani hakimiyyətə gəldikdən sonra azərbaycanlıların rejimə qarşı mübarizəsi sanki zəifləyib”,  sualının cavabında bildirib.  

O hesab edir ki, Güney Azərbaycan parlamentinin yaradılması çox zəruridir və vacibdir. Bu xalqın azadlığına kömək edəcək. Parlament Güney Azərbaycan mübarizlərinin yaxından iştirakı ilə fəaliyyət göstərməlidir. “Bununla yanaşı Güney Azərbaycan parlamentinin yaradılmasında bir neçə dövlətin marağı var. Onlardan biri də İrandır. İran istəyər ki, Güney Azərbaycan parlamenti yaradılsın, ancaq nəzarət öz əlində qalsın. Ona görə də parlamentin yaradılması məsələsində çox ehtiyatlı olmağı bacarmalıyıq” .

 

İsabəylinin fikrincə Güney Azərbaycan mübarizlərinin daha elmli, bölgədə gedən prosesləri nəzərə almaqla mübarizə aparması vacibdir. “Biz kollektiv mübarizəyə üstünlük verməliyik”, o qeyd edib

10/24/2015

-Aslan bəy, son zamanlar İranın Azərbaycan Respublikasında təхribatları artıb. Sizcə, molla rejimi bununla nəyə nail olmaq istəyir?

Aslan Xalidi: “Azərbaycana qarşı təхribatlar davam etsə güney azərbaycanlılar ayağa qalхacaq”




-Aslan bəy, son zamanlar İranın Azərbaycan Respublikasında təхribatları artıb. Sizcə, molla rejimi bununla nəyə nail olmaq istəyir?

1/15/2015

"Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək"

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək. Trend xəbər verir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Kanada üzrə nümayəndəsi Aslan Xalidi Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu hazırda bütün dünyada Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı geniş fəaliyyət göstərir.
A.Xalidinin fikrincə, diasporumuz 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilərə qarşı böyük uğurlar əldə edəcək:
“Ermənilər qondarma “erməni soyqırım”ının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Onlar Azərbaycanla bağlı dünyaya yanlış məlumatlar yayırlar. Bir sözlə, xristianlığa qara ləkə olan ermənilər xristian adından sui-istifadə edərək qonşu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər. Amma Azərbaycanın qarşısına qoyduğu siyasi strategiya nəticəsində biz 2015-ci ildə ermənilərin xarici dövlətlərdə qarşılarına qoyduğu pafoslu çıxışlarını vurub məhv edəcəyik. Çünki bizim başladığımız yol doğru yoldur. Azərbaycan diasporu işlərini demokratik dəyərlər çərçivəsində görür. Demokratik prinsipləri nəzərə alaraq, biz 2015-ci ildə böyük uğurlar əldə edəcəyik”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

9/12/2014

Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır

Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli mətbuata İran adlanan ölkədə yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb.

facebook-paylas
Tarix: 11-08-2014 14:41
Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır

“Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran rejimi ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini məhz o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”.
Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif qüvvələrin səsini kəsmək istəyirlər. Bu ümumilikdə İranın apardığı siyasətin tərkib hissəsidir. Bir tərəfdən dünya dövlətləri ilə  əlaqəyə girir, digər tərəfdən ölkə daxilində ona mane olacaq siyasi qüvvələrin səsini kəsir”.
İsabəylinin fikrincə Güney azərbaycanlılar 3-4 molla ilə deyil bir sistemlə “səssiz müharibə” aparır.  “Bu “səssiz müharibə”də rejimin kəşfiyyat orqanları sakit deyil. Kəşfiyyat orqanları çalışır ki, nəinki Güney Azərbaycanda zorla, həm də müxtəlif yollarla, - insanları ələ almaqla, xarici dövlətlərə, orada yaşayan insanlara nüfuz edərək onların vasitəsi ilə daxildə azərbaycanlıların fəaliyyətinin qarşısını alsın və Güney Azərbaycanlılar arasında pərakəndəliyi daha da inkişaf etdirsin ki, Güney Azərbaycan məsələsi İranın daxilində inkişaf etməsin. Daha doğrusu durum rejimi qorxuya salacaq səviyyəyə gəlib çıxmasın”, deyə o “Həsən Ruhani hakimiyyətə gəldikdən sonra azərbaycanlıların rejimə qarşı mübarizəsi sanki zəifləyib”,  sualının cavabında bildirib.  
O hesab edir ki, Güney Azərbaycan parlamentinin yaradılması çox zəruridir və vacibdir. Bu xalqın azadlığına kömək edəcək. Parlament Güney Azərbaycan mübarizlərinin yaxından iştirakı ilə fəaliyyət göstərməlidir. “Bununla yanaşı Güney Azərbaycan parlamentinin yaradılmasında bir neçə dövlətin marağı var. Onlardan biri də İrandır. İran istəyər ki, Güney Azərbaycan parlamenti yaradılsın, ancaq nəzarət öz əlində qalsın. Ona görə də parlamentin yaradılması məsələsində çox ehtiyatlı olmağı bacarmalıyıq” .
İsabəylinin fikrincə Güney Azərbaycan mübarizlərinin daha elmli, bölgədə gedən prosesləri nəzərə almaqla mübarizə aparması vacibdir. “Biz kollektiv mübarizəyə üstünlük verməliyik”, o qeyd edib.     

Aslan Isabeyli: "vahid İran xalqı" adlı xalq yoxdur

Avqustun 27-də İranda Bocnurdun Pəyame Nur universitetində fars dili və ədəbiyyatının tanıtımı ocağının beynəlxalq konfransı keçirilib. Konfransa bir çox elmi, ədəbi və siyasi şəxsiyyət qatılıb. Konfrans iştirakçıları bəyan etmişdilər ki, "bəzi dillər və ləhcələr guya məhduddur və hansısa qrupa və ya tayfaya şamil olur. Lakin fars dili bir millətin dilidir.

http://www.ocaq.tv/video-haber/vahid-iran-xalqi-adli-xalq-yoxdur/668/

Aslan İsabəyli: Güney Azərbaycan keçici parlamentin adından verilən məramnamə xalqımız üçün təhqirdir.


Aslan İsabəyli: Güney Azərbaycan keçici parlamentin adından verilən məramnamə xalqımız üçün təhqirdir.

1/22/2014

Mollarin nöbəti hiyləsi.



Ruhaninin köməkçisi: “Xalqların ana dilində təhsil alması gündəmdədir”

İran prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi Əli Yunisi jurnalistlərə açıqlamasında ölkədə qeyri-fars xalqların ana dilində təhsil məsələsindən danışıb.
“Media forum” saytının məlumatına görə, Əli Yunisi deyib ki, İrandakı xalqların öz ana dilində təhsil ala bilməsi məsələsinə baxılır: “Hazırda ölkədə başqa-başqa dillərdə, o sıradan da Xuzistan əyalətinin ərəbdilli əhalisinin ana dilində təhsil alması məsələsi gündəmdədir. Biz təhsil naziri ilə görüşlərimizdə problemin həlli üçün müəyyən bir proqramın işlənilib hazırlanması qərarına gəlmişik. Təhsil Nazirliyi xalqların öz ana dillərində lazım olan mərhələyə qədər təhsil ala bilməsi məsələsi haqda bir proqram hazırlamaqdadır”.
"Media forum"