6/06/2010

İran Yaxın Şərq çözüm planından uzaq tutulmalıdır


Güney Azərbaycanlılar bu məqsədlə beynəlxalq birliyə ünvanlanmış bəyanat yayıblar
Xaricdə yaşayan Güney Azərbaycan türkləri Yaxın Şərqdə yaranmış son beynəlxalq qalmaqalda Iranın revanş götürmək cəhdlərindən əndişələndiklərini bildirən bəyanat yayıblar. Kanadada, Vankuver şəhərində fəaliyyət göstərən AzSAM (Güney Azərbaycanlıların yaratdığı Strateji araşdırmalar mərkəzidir) adlı qurum öz bəyanatında bunları bildirir:“Iranın Israilə qarşı apardığı ideoloji savaşı indiki beynəlxalq qalmaqalın tərkib hissəsinə çevirmək cəhdlərinə imkan verilməməlidir.Iran Yaxın Şərqdə sülh prosesinin tənzimlənməsində həmişə destruktiv mövqe tutub, öz pozucu hərəkətləri ilə bölgədə radikalizmin inkişafına xidmət edib. Indi regionda beynəlxalq konfliktin yarandığı bir məqamda öz pozucu və terror diplomatiyasını Türkiyə diplomatiyasının müstəvisinə gətirmək kimi təhlükəli cəhdlərə yol verə bilər. Biz istəməzdik ki, Türk diplomatiyası beynəlxalq aləmdə birmənalı qəbul edilməyən Iran siyasəti ilə paralel görünsün. Həm də onu nəzərə alaraq ki, klerikal-millətçi Iran rejimi artıq on illərdir, ölkə ərazisində türklərə divan tutma siyasəti yürüdür.
Qəzzaya humanitar yük aparan gəmilərin ətrafında yaranmış beynəlxalq qalmaqal, təbii ki, tərəflərin dinc danışıqları vasitəsilə çözüləcək və AzSAM inanır ki, tərəflərin hamısının mövqeyini araşdıran yetkililər ortaq bir məxrəcə gələcəkdir. Amma dünya birliyi, özəlliklə də Türkiyə, Iranın bu proseslərdən öz məkrli məqsədləri naminə yararlanmasına imkan verməməlidir".Bəyanatı AzSAM başqanı Aslan Xalidi yayıb.

Hiç yorum yok: