9/28/2009

Aslan Isabeyli:"Fars əbası altında gizlənən azərbaycanlı namizədlər"

Aslan Isabeyli: "Xalqa verilən şirin vədlər, mahiyyət etibarilə türkçülüyə xəyanətdir" OLAYLAR"İA/ İranda iyunun 12-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına başlayan azərbaycanlı namizədlər Mirhüseyn Musəvi və Əkbər Ələmi seçicilərlə keçirdikləri görüşlər zamanı onların milli hüquqlarının bərpası və qorunması ilə bağlı vədlər səsləndiriblər. Türk namizədlər sərt rejim mühitində nə dərəcədə səmimidirlərğ Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Aslan Isabeyli "OLAYLAR"a açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". A.Isabeyli qeyd edib ki, güney azərbaycanlılar sayca farslardan çox olduqları üçün onlar etnik tərkib sayıla bilməzlər: "Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə gətirmək və ya məktəblərdə, ali təhsil ocaqlarında bu dildən istifadə etmək istəyənləri İranda həbs edirlər. Təbii ki, Ə.Ələmi və M.Musəvi kimilər bütün bunlardan çox yaxşı xəbərdardırlar. Onların 15-ci maddənin arxasında gizlənərək, xalqa milli azadlıqların bərpası ilə bağlı verdikləri bütün vədlər farsçılıq adı altında türkçülüyə xəyanətdir". A.Xalidi güneyliləri bu tipli riyakar insanlara aldanmamağa çağırıb və bildirib ki, bu, molla rejiminin növbəti oyunundan başqa bir şey deyil.

Hiç yorum yok: