10/06/2009

İran adlanan olke xalqına qarshı kutlevi qırgına-soyqırıma el ata biler.

Aslan Xalidi: "Rejim xalqa qarşı soyqırıma əl ata bilər"
İran Ali Nəzarət Şurası 12 iyun prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini təsdiq edib. Siyasi ekspertlər Nəzarət Şurasının bu qərarını təhlükəli sayırlar. Xüsusən, qurumun "bundan sonra ali dini rəhbərə və prezidentə qarşı çıxanlar Allaha qarşı çıxmış sayılacaq" bəyanatını qarşıdurmaya rəvacvermə kimi qiymətləndirirlər. Güneyli politoloq Aslan Xalidi "OLAYLAR"a bildirib ki,
gözünü qan örtmüş molla rejimi hakimiyyətini saxlamaq üçün İran adlanan olke xalqına qarşı kütləvi qırğına-soyqırıma əl ata bilər. Qeyd edək ki, seçkilərdə Əhmədinejadın rəqibi olmuş Mirhüseyn Musəvinin xeyli tərəfdarı var və onlar Nəzarət Şurasının qərarını tanımaqdan imtina ediblər.

Hiç yorum yok: