5/25/2013

İranın molla mediası şeyxi tənqid etdi

İranın “Arannyus” xəbər portalı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin İran səfərinin təfərrüatına toxunan xəbərlər yayıb.
Xəbərə görə, İran parlamentinin sədri Əli Laricani ilə görüşdə  QMİ sədri  Azərbaycanda Quranı, ənənəvi islamı təbliğ edənlərin problemi olmadığını deyib. Problemin ifratçılar və ifratçılıqla bağlı olduğunu, bu halın dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından yarandığını deyib. “Gərək, heç kim cızığından kənara çıxmasın”, – A.Paşazadə mövqeyini nəzərə çatdırıb.

Xəbər portalı A.Paşazadənin bu cavabını “QMİ sədri, Şeyxülislam”ın cavabı kimi yox, “Azərbaycanlı şeyx”in sözü kimi təqdim edir. Hazırda Azərbaycanda 200-ə yaxın islamçının islamofobiyaya etiraza görə həbsxanada cəza çəkdiyi deyilir. “Siz məscid sökülməsinə, hicab, televiziya kanallarından azan qadağasına, fahişəliyin qanuniləşməsinə, Aşura gününün qeyri-iş günü olmamasına, hökumətdəki  korrupsiyaya (fəsade mali) və bu qəbildən olan neqativlərə (mənfiliklərə) etiraz edənləri ifratçı sayırsınız?”, – İran jurnalistləri A.Paşazadəyə sual ünvanlayırlar.
Daha sonra xəbər portalı nədənsə A.Paşazadənin “İrandan qayıtmazdan öncə türklər yaşayan məntəqələrdəki media fəalları”nın bu sualına aydın cavab verməli olduğunu qabardır. Xəbərin din xadiminə hər cür hörmətdən uzaq “İran jurnalistlərinin Allaşükürdən sualı” başlığı üzərində qurulması QMİ sədrinə təhqirdir.
Xəbər portalı son olaraq QMİ sədri A.Paşazadənin İrana səfərinin, səmimi qarşılanmasının Azərbaycanda və xaricdə yaşayan islamçıların bərk etirazına səbəb olduğunu iddia edir.
İranlı həmkarlarımıza izah edirik ki, “Allah”və “şükür” kimi iki sözdən yaranan “Allahşükür” adı  “Allaşükür” kimi yox, “Allahşükür” kimi yazılır. avrasiya.net
N.S

Hiç yorum yok: