7/16/2013

Aslan Isabeyli:" Muellimlik adi altinda Iran adlanan olkeden Azerbaycana soxulmaq isteyen iran casuslarina XIN-yi terefinden viza verilmemesini biz- Guney Azerbaycanlilar musbet deyerlendiririk.


Musavat qezeti: Rəsmi Bakı ilə İran arasında yeni gərginlik
Azərbaycanın iranlı müəllimlərə viza verməməsi Tehranda etiraza səbəb olub

Azərbaycan XİN ölkədə fəaliyyət göstərən iranlı müəllimlərə viza verməkdən imtina edib. Bu barədə İran dövlət radiosu məlumat yayıb. Məlumatda qeyd olunur ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Səfər Nəimi Bakının iranlı müəllimlərə viza verməməsini tənqid edib.

Xarici işlər naziri Elmar Məmmədyarova müraciət edən S.Nəimi ölkəsinin qarşılıqlı addımlar ata biləcəyini deyib. Sitat: “Əgər Azərbaycandakı iranlı müəllimlər üçün viza rejimi məsələsi dialoq ilə aradan qaldırılmasa, onda İranın Xarici İşlər Nazirliyi qarşılıqlı addımları gündəmə gətirməlidir”.


Radionun xəbərində qeyd olunur ki, Azərbaycanda İranın dövlət işçiləri üçün viza rejimi ilə bağlı qoyulan məhdudiyyətlərin ardınca rəsmi Bakı bu ölkədə İran məktəblərində işləyən müəllim-kadrlar heyətinə viza rejimi və müvəqqəti yaşama kartı verməkdən imtina edib. Ona görə də Azərbaycanda İran məktəblərində işləyən müəllimlər İrana səfər etmək hüququndan istifadə edə bilmirlər.

Bu arada İran XİN sözçüsü Abbas Əraqçi bəyan edib ki, İranın yeni hökuməti ABŞ və İngiltərə kimi ölkələrlə danışıqlara hazırdır. İranın İsrail istisna olmaqla, istənilən ölkə ilə danışıqlara hazır olduğunu qeyd edən sözçü bildirib ki, Tehran Qərb ölkələrindən nüvə danışıqlarında əməli addımlar gözləyir: “İran İslam Respublikası Amerikanın praktiki addımlarını, o cümlədən yürütdüyü siyasətlərində əsaslı dəyişikliklər etməsini, əməl mərhələsində bu ölkənin yeni strategiyalara üz tutmasını gözləyir”.

Benyamin Netanyahunun İranın yeni prezidentinin ünvanına söylədiyi təhqiramiz fikrilərə cavab verən Əraqçi İsrail rəsmisindən belə münasibəti gözlədiklərini deyib. Sitat: “Təməli vəhşilik və militaristlik əsasında qoyulan bir rejim tərəfindən İrana qarşı belə bir təhqiramiz sözlərin eşidilməsi təzə bir məsələ deyil”.

Rusiyada çıxan “Kommersant” qəzeti isə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr xarici işlər nazirlərinin Qırğızıstanın Çolyan Ata şəhərində keçirilən son iclaslarına toxunaraq, qeyd edib ki, təşkilata İran da maraq göstərir.


http://musavat.com/news/gündəm/Rəsmi-Bakı-ilə-İran-arasında-yeni-gərginlik_157598.html


KƏNAN

Hiç yorum yok: