9/28/2009

Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator k

İran hakimiyyətinə yaxın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir.
İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər".Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terror təşkilatları Azərbaycana qarşı terroru da üçüncü ölkənin-konkret halda Ermənistanın əlilə törədə bilər".

http://www.olaylar.az/

Hiç yorum yok: