11/19/2009

Dünyaxanım Əliyeva: İranın məqsədi Azərbaycan adlı dövləti çökdürməkdir

GünAzTv: İranın “Səhər” zəhər kanalına sərt cavab verməlidir. Bu kanal bütün gücünü istiqamətini antiazərbaycan,antitürk istiqamətində tutub. İsrail xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfər etməsilə bağlı ölkəmizi təhqir edici videorolikin verilməsi İranın bir dövlət kimi mahiyyətini ortaya qoydu. Bir daha göstərdi ki, İran neçə dövlətdir və İranın Azərbaycandakı səfirinin açıqlamasında guya media iki dövlət arasında münasibətləri pozmamalıdır fikirləri sadəcə olaraq sözdən ibarətdir. İran heç bir zaman Azərbaycana qarşı apardığı savaşı dayandırmayacaq. Hazırda, İranda türkçülük hərakatı gücləndikcə və proseslərdə Azərbaycan türklərinin önəmliyi üzə çıxdıqca İran bunun səbəbini Azərbaycanda görür. Bildiyiniz kimi Azərbaycan İranda yaşayan Azərbaycan türklərinin istiqlal mayakına cevrilir. Fikir verin rejim Azərbaycana səfər edən Azərbaycan türklərini həbs edir və rejimin məhkəməsi onları yüksək məbləğdə cərimə edir. Azərbaycanın hansı dövlətlə münasibətləri qurması, bu Azərbaycanın sırf daxili işidir.www.gunaz.tv
 İranı maraqlandırmamalıdır. Biz İranı ittiham edirik ki, Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edən Ermənistanla nə üçün siyasi-iqtisadi əlaqələr qurur? Bu açıqlamanı GünAzTV Mətbuat Xidmətinə Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva bildirib. İran Azərbaycan dövlətçiliyinə qarşı güclü şəkildə mübarizə aparır. Son vaxtlar cərəyan edən hadisələrə nəzər salsaq görürük ki, rəsmi Tehran Azərbaycanda vəziyyəti gərginləşdirməyə cəhdlər göstərir. İranın Ermənistandakı səfirinin açıqlamasının arxasında bəlli olan səbəblər dayanır. İran Ermənistana gücləndirir və onu ayaq üstə saxlayır ki, Azərbaycanın-Türkiyənin qarşısında diz çökməsin. İran Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini istəmir. Çünki, bilir ki, torpaqlar geri qayıtsa Azərbaycanın gücü dahada artacaq və bölgədə İranın maraqları zəifləyəcək. Dünyaxanım Əliyeva onuda əlavə etdi ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları güclərini birləşdirməlidir və bizə hazırda güclü birlik lazımdır. Nicat yolumuz ancaq birlikdədir. Elnur Eltürk
Çərşənbə, 3 Mart, 2010 - 07:03

Hiç yorum yok: