9/09/2012

Amerika konqresmenləri Bakıda görüşlər keçirib (yenilənib)

Konqresmen Deyn Rorabaher bir neçə ay öncə rəsmi Vaşinqtonu İranda yaşayan azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb.

“Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”, - konqresmen yazıb.
Amerika konqresmeni Deyn Rorabaherin (Dana Rohrabacher) rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyəti Bakıda qısamüddətli səfərdədir.

Bu gün prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətini qəbul edib.

Hiç yorum yok: