11/11/2009

Azərbaycan həqiqətlərinin Kanada da təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında köklü dəyişiklik yaranmışdır. Kanadada yaşayan azərbaycanlı, bu ölkənin nüfuzlu “Nyu Demokrat” Partiyasının Yaxın Şərq və Qafqaz üzrə əlaqələndiricisi, politoloq Aslan Xalidi demişdir ki, təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasına səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olmuşdur. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib. Kanadanın “Nyu Demokrat” Partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma “erməni soyqırımı” iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxış etmişdir. Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkəmizin maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımlarını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini vermişdir. A.Xalidi qeyd etmişdir ki, 24 kilsə başçısının iştirakı ilə keçirilən Azərbaycan həqiqətləri adlı tədbir dini pərdə altında fəaliyyət göstərən erməni lobbisi üçün əsl zərbə olmuşdur.
Qarşıda duran digər vacib məsələlərdən biri də Kanadanın təhsil müəssisələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi informasiyaların verilməsidir. İrəli sürülən təklifi bu ölkədə fəaliyyət göstərən kollec rəhbərləri müsbət qarşılamışlar. Hazırda bu istiqamətdə danışıqlar davam edir.



Kanadadakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzi II qurultayı tarixi hadisə kimi qiymətləndirir

15.03.2006 17:00

«Dünya Azərbaycanlılarının ikinci qurultayı tarixi hadisədir və Azərbaycan disporunun inkişafı, birliyinin möhkəmlənməsi işinin sürətlənməsinə təkan verəcək». Bu fikirləri«Trend»ə açıqlamasında Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Aslan Xalidi bildirib. Hazırda Kanadanın Vankuver şəhərində olan A.Xalidi qeyd edib ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılaarla İş üzrə Dövlət Komitəsinin dəvəti əsasında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Dünya Azərbaycanlılarının II qurultayda iştirak edəcəklər.
A.Xalidi qeyd edib ki, bu təşklat Azərbaycanın ümummilli və dövlət maraqlarını müdafiə və təbliğ etmək yönündə öz fəaliyyətini gücləndirmək, bütün imkanlarını səfərbər etmək, həyata keçirdiyi tədbirləri intensivləşdirmək fikrindədir. A.Xalidinin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubda isə dünya azərbaycanlılarının milli mənəvi birliyinə nail olunması, diaspora və lobbiçilik fəaliyətinin qurulması, təşkilatlanması yönündə Azərbaycanın eks-prezidenti Heyədr Əliyevin xidmətləri barədə danışılır, ümummilli liderin bu işdə tarixi rolu yüksək qiymətləndirilir.

10/10/2009

İran hakimiyyətinə yaxın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir.

İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib.
Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər".

Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terror təşkilatları Azərbaycana qarşı terroru da üçüncü ölkənin-konkret halda Ermənistanın əlilə törədə bilər".

www.olaylar.az

Aslan Xalidi: İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır".

Aslan Xalidi: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir"
"İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir" deyən A.Xalidi həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: "İran qəsdən bu vasitələrə əl atır ki, türkçülüyə qarşı əks-təbliğatı gücləndirə bilsin. Bunun qarşısının alınmasında diasporanın böyük rolu ola bilər. Bunun üçün Azərbaycan ciddi informasiya strategiyası müəyyənləşdirməlidir". ("OLAYLAR"İA)

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Bir vaxtlar Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan Bütöv Azərbaycan Birliyi yenidən bərpa olunur. Bu haqda birliyin İdarə Heyətinin üzvləri məlumat verib.
Qeyd edək ki, BAB 2003-cü ildən etibarən fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi bildirib ki, bununla bağlı artıq neçə il idi ki, iş gedirdi. "Məsələ ilə əlaqədar hətta bir müddət bəzi fikirlər də səslənib. Azərbaycanda bəzi qüvvələr BAB-ın fəaliyyətini başqa istiqamətə çəkmək istəyirdilər və ona görə də onun fəaliyyətində bir müddət səngimə oldu. Dünyada və Güney Azərbaycanda gedən hadisələrin mahiyyəti BAB-ın fəaliyyətinin bərpası və sistemli şəkildə təşkil olunması istiqamətində daha ciddi addımlar atılmasını tələb edir. Burada əsas olan Azərbaycan millətinin vəhdət və vahidlik məsələsidir" deyən A.Xalidi bunun çox sevindirici hal olduğunu qeyd edib: "Bu istiqamətdə əsas şərt iqtidar-müxalifət təfəkkürü, hakimiyyətə gəlmək təfəkkürü yox, bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır. İdarə Heyətində isə bu yolda xüsusi xidmətləri və cəmiyyətdə xüsusi rolu olan insanlar təmsil olunmalıdır". A.Xalidi gələcəkdə birlikdə təmsil olunmaq fikrinin olduğunu da qeyd edib və bunu hər bir türk üçün məqbul hesab edib.("OLAYLAR"İA)

Aslan Xalidi: "Proseslər İranın parçalanmasına doğru gedir"

İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Xalidi proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə çatana qədər mübarizə aparacağını bildirib.

10/06/2009

İran adlanan olke xalqına qarshı kutlevi qırgına-soyqırıma el ata biler.

Aslan Xalidi: "Rejim xalqa qarşı soyqırıma əl ata bilər"
İran Ali Nəzarət Şurası 12 iyun prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini təsdiq edib. Siyasi ekspertlər Nəzarət Şurasının bu qərarını təhlükəli sayırlar. Xüsusən, qurumun "bundan sonra ali dini rəhbərə və prezidentə qarşı çıxanlar Allaha qarşı çıxmış sayılacaq" bəyanatını qarşıdurmaya rəvacvermə kimi qiymətləndirirlər. Güneyli politoloq Aslan Xalidi "OLAYLAR"a bildirib ki,
gözünü qan örtmüş molla rejimi hakimiyyətini saxlamaq üçün İran adlanan olke xalqına qarşı kütləvi qırğına-soyqırıma əl ata bilər. Qeyd edək ki, seçkilərdə Əhmədinejadın rəqibi olmuş Mirhüseyn Musəvinin xeyli tərəfdarı var və onlar Nəzarət Şurasının qərarını tanımaqdan imtina ediblər.

Fars-molla rejimi gec-tez tarixin arxivinə gömüləcək"

Aslan Isabeyli (Xalidi): "Artıq Xomeyni ideologiyası xalqı itaətdə saxlaya bilmir"
Artıq Güney Azərbaycanda da, İranın digər vilayətlərində də fars-molla rejiminin gec-tez tarixin arxivinə gömüləcəyini dərk edirlər. Çünki Xomeyni ideologiyası, İran İslam Respublikası köhnə qaydalarla idarə edə, xalqı itaətdə saxlaya bilmir. Bunu güneyli politoloq Aslan Xalidi bildirib. Onun sözlərinə görə, fars-molla rejiminin bütün "kartları" açılıb. Xalq öz maraqlarını güdən mollalara inanmır, etimad bəsləmir: "Tarix göstərir ki, imperiyalar öz ömrünün sonuna çatanda daha aqressiv olurlar. İranda da belədir. Rejim son illərini yaşadığından özünə rəqib bildiyi hər kəsə, hər bir qüvvəyə qarşı aqressivdir.
Real
Rəsmi və qeyri-rəsmi hərbi qüvvələr gücləndirilib. "Sepah", "Bəsic", "İslam keşikçiləri" gücləndirilib, onların səlahiyyətləri genişləndirilib. Onlara "nizam əleyhinə fəaliyyət göstərən" qüvvələrə, xüsusilə də "pantürkistlər"ə qarşı qəddar davranmaq səlahiyyəti verilib.

Aslan Isabeyli:İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir.

İranın ideoloji təxribatları artıb
Aslan Isabeyli: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir"
"İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Isabeyli deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir" deyən A.Isabeyli(xalidi) həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: "İran qəsdən bu vasitələrə əl atır ki, türkçülüyə qarşı əks-təbliğatı gücləndirə bilsin. Bunun qarşısının alınmasında diasporanın böyük rolu ola bilər. Bunun üçün Azərbaycan ciddi informasiya strategiyası müəyyənləşdirməlidir". ("OLAYLAR"İA)

9/28/2009

Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür


Aslan Isabeyli: "İndi Kanadada erməniləri "xristianlığın qara ləkəsi" sayanlar artır"

Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür Bakıya gəlib. Qeyd edək ki, A.Isabeyli 12 ilə yaxın Azərbaycanda yaşayıb və 2004-cü ildən Kanadaya mühacirət edib. Onunla görüşümüzdə ilk sualımız hazırda Kanadadakı fəaliyyəti ilə bağlı oldu:

- Mən Bakıdan gedəndən sonra orada ingilis dilini öyrənməyə başladım. Həmin vaxt ingilis dili müəlliminin vasitəsilə bir millət vəkili ilə tanış oldum. O deputat Yeni Demokratlar Partiyasının (NDP) Kanada parlamentindəki təmsilçilərindən idi. Məni partiyanın sədri ilə görüşə dəvət etdi. Bu partiyanın sədri ilə geniş müzakirələrimizdən sonra onlar məni partiyaya cəlb etdilər. Və məni partiyanın Britş Kolumbiyadakı Yaxın Şərq və Qafqaz üzrə masanın başçısı təyin etdilər.

Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator k

İran hakimiyyətinə yaxın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir.
İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər".Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terror təşkilatları Azərbaycana qarşı terroru da üçüncü ölkənin-konkret halda Ermənistanın əlilə törədə bilər".

http://www.olaylar.az/


Aslan Isabeyli:Molla reyiminin ideoloqları belə hesab edirlər ki, Quzeydə güclü iqtisadiyyata malik qüdrətli Azərbaycan dövlətinin mövcudluğu İranın bütövlüyü üçün boyuk təhlükədir. Neticede İran rəsmiləri separatchiliq siyasetini
davam etdirir.


-İranın hakim molla reyiminin Azərbaycanın iç işlərinə müdaхiləsi dayanmayıb. Bəllidir ki, neçə illərdir İranın Azərbaycanda müхtəlif adlar altında casus-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. İran müхtəlif qurumlar: mədəniyyət, kitab mərkəzləri, ayrı-ayrı dini qruplar vasitəsilə Azərbaycanda öz təbliğatını aparır. Məqsəd əhali arasında dini dövlətə (əslində хomeyniçiliyə) rəğbət qazandirmaq və İranın tərəfdarlarını çoхaltmaqdır. Ümumiyyətlə, İran yaхın хaricdə də öz kəşfiyyatçı-təхribatçı dəstələri vasitesile fəaliyyət göstərir. Ötən il İraqda amerikanlar tərəfindən həbs edilmiş İran "diplomatları" da eslinde təхribatçılar idi. Azərbaycan bu gün deyil, müstəqilliyin ilk illərindən İranın diqqətindədir. İran Azərbaycanın müstəqillik qazanmasından narahatdir.Iran Quzeydəki müstəqil dövlətin Güney Azərbaycan хalqına təsir edəcəyindən ehtiyat edir.Müstəqilliyin ilk illərində Quzeydəki pozucu qüvvələrə, qiyamçılara stimulverici hərəkətlər də bu məqsədlə olunurdu. Amma bu cəhdlər səmərə vermədi. Azərbaycanın müstəqilliyi möhkəmləndi. İndi isə İranı Azərbaycanın layiq, demokratik və dünyəvi dövlət olaraq möhkəmlənməsi narahat edir. Molla reyiminin ideoloqları belə hesab edirlər ki, Quzeydə güclü iqtisadiyyata malik qüdrətli Azərbaycan dövlətinin mövcudluğu İranın bütövlüyü üçün boyuk təhlükədir. Neticede İran rəsmiləri separatchiliq siyasetini davam etdirir.
Aslan Хalidi: "ABŞ gec-tez bölgədə sülhə və sabitliyə təhlükə olan, terroru dəstəkləyən molla reyiminə zərbə endirəcək"
"Güney Azərbaycan ayrılsa, fars dövlətçiliyi məhv olacaq" Ağ Ev rəhbəri bölgədə bir sıra əhəmiyyətli görüşlər keçirdi, önəmli mesaylar verdi. Ən əsası isə,bölgədə sülhə və təhlükəsizliyə təhlükə doğuran "Hizbullah" terror təşkilatını hədəf olaraq göstərdi və İranı bu təşkilata dəstək verməkdə günahlandırdı. Kanadada yashayayan Azərbaycan Strateyi Aryemilavedırma Mərkəzinin rəhbəri Aslan Isabeyli hesab edir ki,ABŞ-ın İran planından imtina etmədiyini, fürsət düşən kimi Tehran rejimini zərərsizləşdirəcəyini göstərir. Güneyli politoloqla söhbətimizdə Güney Azərbaycanda bash verən hadisələrə də yer ayırdıq.
Etiketler:
Aslan Xalidi: Tehran müsəlman həmrəyliyi adı altında ABŞ-a qarşı koalisiya yaratmaq istəyir


Aslan Isabeyli:"Fars əbası altında gizlənən azərbaycanlı namizədlər"

Aslan Isabeyli: "Xalqa verilən şirin vədlər, mahiyyət etibarilə türkçülüyə xəyanətdir" OLAYLAR"İA/ İranda iyunun 12-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına başlayan azərbaycanlı namizədlər Mirhüseyn Musəvi və Əkbər Ələmi seçicilərlə keçirdikləri görüşlər zamanı onların milli hüquqlarının bərpası və qorunması ilə bağlı vədlər səsləndiriblər. Türk namizədlər sərt rejim mühitində nə dərəcədə səmimidirlərğ Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Aslan Isabeyli "OLAYLAR"a açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". A.Isabeyli qeyd edib ki, güney azərbaycanlılar sayca farslardan çox olduqları üçün onlar etnik tərkib sayıla bilməzlər: "Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə gətirmək və ya məktəblərdə, ali təhsil ocaqlarında bu dildən istifadə etmək istəyənləri İranda həbs edirlər. Təbii ki, Ə.Ələmi və M.Musəvi kimilər bütün bunlardan çox yaxşı xəbərdardırlar. Onların 15-ci maddənin arxasında gizlənərək, xalqa milli azadlıqların bərpası ilə bağlı verdikləri bütün vədlər farsçılıq adı altında türkçülüyə xəyanətdir". A.Xalidi güneyliləri bu tipli riyakar insanlara aldanmamağa çağırıb və bildirib ki, bu, molla rejiminin növbəti oyunundan başqa bir şey deyil.

4/14/2008