İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər". Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terro...
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.