Ana içeriğe atla

Kayıtlar

Şubat 8, 2013 tarihine ait yayınlar gösteriliyor

Aslan İsabəyli:İran teokratik, yəni dini dəyərlərlə idarə olunan dövlətdir. Bu dövlətin başında dini rəhbər dayanır, ona da prezident, parlament, ədliyyə tabedir. Dini rəhbər xalq tərəfindən seçilmir. İranda 92 ayətullah var ki, guya xalq tərəfindən seçilirlər, onlar da dini rəhbəri təyin edirlər. Hər bir ölkədə dini rəhbər strukturunun bir nümayəndəsi var.

Azərbaycan Strateji Araşdırmaları Mərkəzinin (Kanada) rəhbəri Aslan İsabəylinin Avrasiya.net-ə müsahibəsi. A.İsabəyli müsahibəsində İranın Azərbaycana qarşı planlaşdırdığı təxribatlardan söz açıb. - Rəsmi Tehran Azərbaycandan İrana aparılan və orada hərbi-dini təhsil almış azərbaycanlılara ayətullah statusu verməyi palnlaşdırır. Bundan sonra həmin ayətullahlara fətva vermə hüququndan istifadə tapşırılacaq. Azərbaycan-İsrail münasibətlərinin dondurulması, Azərbaycan-ABŞ dostluğunun qarşısının alınması kimi məsələləri gündəmə gətirəcəklər, çox güman ki, Azərbaycanda seçki ərəfəsində qarşıdurma yaratmağa çalışacaqlar. Azərbaycanda müxalifət-iqtidar cinahı var, üçüncü qüvvə isə irançı qüvvələr olacaq. Bu qüvvə yaranmış fürsətdən istifadə edəcək. Yəni onlar müxalifətin yanında olmayacaqlar, bu qüvvə əslində Azərbaycanda İranın marağını həyata keçirəcək. Bu qüvvə Azərbaycanın müstəqilliyinin, güclənməsinin qarşısını almağa çalışır. Bu işdə də İran və Rusiya kəşfiyyatı birgə çalışırlar...