Konqresmen Deyn Rorabaher bir neçə ay öncə rəsmi Vaşinqtonu İranda yaşayan azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. “Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”, - konqresmen yazıb. Amerika konqresmeni Deyn Rorabaherin (Dana Rohrabacher) rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyəti Bakıda qısamüddətli səfərdədir.
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.