ABŞ başda olmaqla, Qərb dövlətləri isə Ermənistanla İran arasında bu əməkdaşlıq barədə susur, Ermənistana qarşı hər hansı addım atmırlar Artıq uzun müddətdir ki, İranla başda ABŞ olmaqla Qərb dünyası arasında münasibətlər kəskinləşib. İranın nüvə silahı əldə etmək üçün mərkəzlər inşa etdirməsi, uranı zənginləşdirməsi və əlbəttə ki, sürətlə silahlanması Qərb ölkələrini Tehrana qarşı konkret əməli təbirlərin görülməsinə sövq edib. Bunun nəticəsində isə, BMT, eləcə də, bəzi dövlətlər səviyyəsində İrana qarşı iqtisadi, maliyyə və hərbi sahələrdə embarqolar tətbiq edilib, sanksiyalar qəbul olunub.
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.