Ana içeriğe atla

Kayıtlar

Ocak 22, 2014 tarihine ait yayınlar gösteriliyor

Mollarin nöbəti hiyləsi.

Ruhaninin köməkçisi: “Xalqların ana dilində təhsil alması gündəmdədir” İran prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi Əli Yunisi jurnalistlərə açıqlamasında ölkədə qeyri-fars xalqların ana dilində təhsil məsələsindən danışıb. “Media forum” saytının məlumatına görə, Əli Yunisi deyib ki, İrandakı xalqların öz ana dilində təhsil ala bilməsi məsələsinə baxılır: “Hazırda ölkədə başqa-başqa dillərdə, o sıradan da Xuzistan əyalətinin ərəbdilli əhalisinin ana dilində təhsil alması məsələsi gündəmdədir. Biz təhsil naziri ilə görüşlərimizdə problemin həlli üçün müəyyən bir proqramın işlənilib hazırlanması qərarına gəlmişik. Təhsil Nazirliyi xalqların öz ana dillərində lazım olan mərhələyə qədər təhsil ala bilməsi məsələsi haqda bir proqram hazırlamaqdadır”. "Media forum"