Ana içeriğe atla

Kayıtlar

Kasım 8, 2024 tarihine ait yayınlar gösteriliyor
Azərbaycan həqiqətlərinin Kanada təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında köklü dəyişiklik yaranmışdır. Kanadada yaşayan azərbaycanlı, bu ölkənin nüfuzlu “Nyu Demokrat” Partiyasının Yaxın Şərq və Qafqaz üzrə əlaqələndiricisi, politoloq Aslan Xalidi demişdir ki, təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasına səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olmuşdur. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib. Kanadanın “Nyu Demokrat” Partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma “erməni soyqırımı” iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxış etmişdir. Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkəmizin maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımlarını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini vermişdir...

“Fars-molla rejimi terror ixracına başlayıb” – Aslan İsabəyli

“Teharan ilk terror hadisəsini artıq Kərkükdə törədib. Molla rejimi təhlükəli vəziyyət almağa başlayıb, dünya İrana qarşı loyal davranmaqda davam etsə, çox fəlakətli hadisələr ola bilər”, Bu fikirləri  Bizim.Media -ya Bütöv Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli bildirib: “Sepah” teleqram kanalında yayılan məlumatda açıq şəkildə qeyd edilir ki, İrana qarşı sosial şəbəkələrdə anti-təbliğat aparanlar ən qatı şəkildə cəzalandırılacaq. Bu da rəsmi Tehranın qonşu dövlətlərə terror təhdididir. Nə yazıq ki, mollalar hədəflərinə çatmaq üçün öz xalqlarına qarşı da terror etməkdən çəkinmir. Təsadüfi deyil ki, İsfahanda törədilən terror hadisəsinin İranın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini hamı gördü və bildi. Bununla da molla rejimi həm öz xalqının mübarizə ruhunu qırmaq, həm də digər dövlətləri terrorla qorxutmaq istəyir”.  Aslan İsabəyli onu da əlavə etdi ki, ABŞ-ın sabiq prezidenti Con Bolton bu günlərdə ərəb televiziyalarının b...

İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində - FOTO

Güney Azərbaycanın şəhərlərində Prezident İlham Əliyevin şəkilləri yayılmaqdadır. Hurriyyet.az -ın məlumatına görə, bu barədə Musavat.com-a məlumat verən Azərbaycan Starateji Araşdırmalar Mərkəzinin Kanada bölümünün rəhbəri, siyasi təhlilçi Aslan İsabəyli bildirib ki, bu foto ilə güneyli fəallar Azərbaycan dövlətinin yanında olduqlarını göstərirlər: "İranı xəritədə pişiyə bənzədirlər. Prezident İlham Əliyevin məhz pişiklə olan fotosunu yaymaqla güneyli fəallar göstərirlər ki, 60 milyonluq xalqın başında onu görürlər. Onlar eyni zamanda ötən günlərdə keçirilən Türkiyə- Azərbaycanın birgə hərbi təliminə də dəstək verirlər. Bildirirlər ki, "Qardaşların təlimi"nə dəstəkdirlər və bu xalqın birləşməsi üçün cəhd göstərənlərin hər zaman yanında olacaqlar. Güneyli fəalların fəaliyyəti davam edir və hazırda da şəkillər yayılmaqdadır Bu mesaj əsasən İran və Fransaya aiddir. Güney Azərbaycanlılar cənab Prezidentə təşəkkür edirlər". https://hurriyyet.az/az/post/ilham-eliyevin-fo...

İrandan Azərbaycana şok HƏDƏ gəldi: Səfirlik daşlanacaq, sürücülər öldürüləcək – DETALLAR “Canlı debat” da

İranlılar azərbaycanlıları sərt şəkildə hədələməyə başladılar. İranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq edib ki, noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək: “Tehranda aksiya keçiriləcək, iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə götürülərək yandırılacaq”. Bu xəbərdarlıqlar dünən axşam video formatında Babai tərəfindən yayımlanıb. Nə baş verir? İranın bu hədələri nədən xəbər verir? Bu gərginlik daha hansı mərhələyə qədər davam edəcək? Bu və gündəmdəki digər sualları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Youtube səhifəsinin ünvanı: https://www.youtube.c...

Aslan İsabəyli; "Güney Azərbaycan sizinlədir, cənab Prezident!"

İlham Əliyev 40 milyon azərbaycanlıya arxa çıxdı   Azərbaycan Prezidentinin son bəyanatları İranda yaşayan soydaşlarımızı da vahid amal ətrafında birləşdirir  Azərbaycan bütün xarici ölkələrdə, eləcə də İranda yaşayan soydaşlarımızın problemlərinə hər zaman həssaslıqla yanaşır. Bu ölkədə artıq iki aydan çoxdur ki, davam edən xalq etirazları oradakı azərbaycanlıların hüquq və azadlıqları ilə bağlı məsələni də gündəmə gətirir.  Türk Dövlətləri Təşkilatının IX Sammitində danışan Prezident İlham Əliyev bildirib ki, kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur". Hazırda...