Ana içeriğe atla

Aslan İsabəyli; "Güney Azərbaycan sizinlədir, cənab Prezident!"

İlham Əliyev 40 milyon azərbaycanlıya arxa çıxdı

 

Azərbaycan Prezidentinin son bəyanatları İranda yaşayan soydaşlarımızı da vahid amal ətrafında birləşdirir

 Azərbaycan bütün xarici ölkələrdə, eləcə də İranda yaşayan soydaşlarımızın problemlərinə hər zaman həssaslıqla yanaşır. Bu ölkədə artıq iki aydan çoxdur ki, davam edən xalq etirazları oradakı azərbaycanlıların hüquq və azadlıqları ilə bağlı məsələni də gündəmə gətirir. 

Türk Dövlətləri Təşkilatının IX Sammitində danışan Prezident İlham Əliyev bildirib ki, kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".
Hazırda İranda davam edən etirazlar fonunda İlham Əliyevin portretlərinin və son fikirlərindən ibarət plakatların Güney Azərbaycanın bütün şəhərlərində kütləvi nümayiş etdirilməsi soydaşlarımızın Prezidentin də vacib hesab etdiyi azərbaycançılıq ideologiyası ətrafında birləşməsinin bariz nümunəsidir. Görünən odur ki, ideoloji xətt olan azərbaycançılığa bağlılıq təkcə ölkəmiz daxilində deyil, digər ölkələrdə yaşayan soydaşlarımız arasında da möhkəm və sarsılmazdır. 

 "Güney Azərbaycan sizinlədir, cənab Prezident!"

 Təsadüfi deyil ki, İranın küçələrində Prezident İlham Əliyevə dəstək nümayişli plakatlarda "Qarabağ fatehi", "Böyük Azərbaycanın fatehi", "And olsun Azərbaycana", "Güney Azərbaycan sizinlədir, cənab Prezident" və sair kimi şüarlar əksini tapıb. 

Hər zaman, xüsusilə də son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə edən Azərbaycan Prezidentinin xilaskar obrazı haqsızlıqla üz-üzə qalan İrandakı azərbaycanlıları daha da ruhlandırıb. Bu dəstək soydaşlarımız tərəfindən önəmli və tarixi hadisə kimi dəyərləndirilir.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Aslan İsabəyli də təsdiq edir ki, Güney Azərbaycan gəncliyi Prezidentimizin mesajlarını yüksək dəyərləndirir. Ona görə də Prezidentə dəstək plakatları İranın, demək olar ki, əksər böyük şəhərlərinə yayılıb. Cənab İlham Əliyevin Güney Azərbaycanda belə dəstəklənməsinin əsas səbəbi onun mesajlarının birbaşa gənclərə xitabı ilə bağlıdır. 
"Gənclər yaxşı başa düşürlər ki, onlar azərbaycançılıq ideologiyasının qorunması üçün əllərindən gələni etməlidirlər. Bu gün Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təbliğinin və azərbaycanlıların təşkilatlanmasının vacibliyi güneyli-quzeyli  Azərbaycan gəncliyi tərəfindən qəbul edilir. Ən əsası isə harda yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Prezident İlham Əliyevə güvənir və onun çıxışlarından dərs götürürlər. Qətiyyətli Prezidentdən güc alan xalq da onun kimi möhkəm və sarsılmaz iradə nümayiş etdirirlər", - deyə o qeyd edib.
Maraqlısı odur ki, Güney Azərbaycanda Prezident İlham Əliyevin dəstəklənməsi təbii proses kimi özünü göstərir. Kütləvi dəstək nümayişi heç bir göstəriş olmadan həyata keçirilir. Belə demək mümkünsə, cənublu qardaşlarımızın Prezident İlham Əliyevə səmimi dəstəyi hansısa qurumun və ya təşkilatın deyil, Güney Azərbaycan gəncliyinin təşəbbüsü və azad qərarıdır. A.İsabəylinin sözlərinə görə, dəstək verənlər birmənalı olaraq "Biz Qarabağın fatehi Prezident İlham Əliyevin arxasındayıq və Vətənimizə and içib haqq-ədalət uğrunda mübarizəyə qalxmaqdan çəkinmirik" kimi qətiyyətli ifadələr səsləndirirlər: "Bir sıra dairələr erməni cəbhəsində dayanaraq, milyonlarla insanı doğma torpaqlarından didərgin salan, məsum körpələrin ölümünə səbəb olan, məscidləri və tarixi abidələri dağıdanlara dəstək verməklə davamlı riyakarlıq nümayiş etdirir və öz iç üzlərini ortaya qoyurlar".

 Riyakar davranışlar cavabsız qalmayacaq

 İrandakı məlum qruplaşmalar öz riyakar niyyətlərini zaman-zaman büruzə versə də, İkinci Qarabağ müharibəsindən sonra daha çox təlaşa düşüb, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin dünyada artan nüfuzunu həzm edə bilmir. Amma unudurlar ki, ölkəmizə qarşı riyakar davranışları da cavabsız qalmayacaq.  Bu mənfur siyasəti həyata keçirənlər öz millətinin, eləcə də orada yaşayan azərbaycanlıların qarşısında cavab verməyə məcbur qalacaq. Sentyabr ayından etibarən baş qaldırmış xalq etirazlarının qarşısını ala bilməyən İran əl atdığı yanlış "həll yolları"ndan peşman olacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, İranın, demək olar ki, bütün şəhərlərini bürümüş etiraz aksiyaları  zamanı etirazçılara silah tətbiq edilməsi nəticəsində 419 nəfər həlak olub. İran İnsan Haqları Fəalları Təşkilatının məlumatında qeyd olunub ki, həyatını itirənlərin 60 nəfəri 18 yaşına çatmayanlardır. Həmçinin etiraz aksiyalarına qoşulanların 17 min nəfərdən çoxunun həbs olunduğu bildirilir. Təəssüf ki, həyatını itirənlər arasında İran azərbaycanlıları da var. Görünən odur ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən müəmmalı şəkildə öldürülməsindən sonra başlanan kütləvi aksiyaların qurbanları artmağa davam edir. 
İranda yaşayan 40 milyon azərbaycanlının Prezident İlham Əliyevə dəstəyi göz önündədir. Onlar Azərbaycana and içir, hər zaman dövlətimizin, millətimizin və Prezidentimizin yanında olduqlarını bəyan edirlər. Cənublu qardaşlarımızın sözləri ilə desək, "güneyi, quzeyi fərq etməz - hər birimiz xilaskar Azərbaycan oğlunu, Qarabağı azad edən İlham Əliyevi dəstəkləyirik". 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

https://azerbaijan-news.az/az/posts/detail/ilham-eliyev-40-milyon-azerbaycanliya-arxa-cixdi-1669238488










Yorumlar

AzSAM-ın təmsilçisi qeyd etdi ki, bizdə olan məlumata görə molla rejimi Güney Azərbaycanda terror h

به اطلاع مسلمانان غیور سراسر جهان می‏ رسانم کافر یهودی تبار صهیونیست, سراصلانخالدی٫

إنا   لله   و   إنا   إلیه   راجعون ‏ به   اطلاع   مسلمانان   غیور   سراسر   جهان   می ‏  رسانم   کافر   یهودی   تبار صهیونیست,  سر اصلان خالدی٫  به‌  جرم   توهین به اسلام ‌  و پیامبر   و   قرآن   و   خدا   محکوم   به   اعدام   می  ‏ باشند . از   مسلمانان غیور   می ‏  خواهم   تا   در   هر   نقطه   که   آنان   را   یافتند،   سریعاً   آنها   را   اعدام   نمایند   تا   دیگر   کسی   جرأت نکند   به   مقدسات   مسلمین   توهین   نماید   و   هر   کس   در   این   راه   کشته   شود،   شهید   است   ان   شاء   الله .  ضمناً   اگر   کسی   دسترسی   به   یهودی   تبار  کافر  صهیونیست سراصلان خالدی دارد   ولی   خود ...

در ھﻤﯿﻦ راﺳﺘﺎ در ﻧﺸﺴﺖ ﺧﺒﺮی ﺧﺒﺮﮔﺰاری ﺗﺮﻧﺪ ﺟﻤﮫﻮری آذرﺑﺎﯾﺠﺎن "اﺻﻼن ﺧﺎﻟﺪی" ﺳﺮﭘﺮﺳﺖ ﻣﺮﮐﺰ ﭘﮋوھﺶھﺎی راھﺒﺮدی آذرﺑﺎﯾﺠﺎﻧﯽھﺎ ادﻋﺎ ﮐﺮد: ﻧﺰدﯾﮏ ﺑﻪ ۴ ھﺰار ﻧﻔﺮ از داﻧﺶ آﻣﻮﺧﺘﮕﺎن و طﻼب آذری ﮐﻪ در اﯾﺮان آﻣﻮزش دﯾﺪه اﻧﺪ، از ﺳﺎل ١٩٩١ در ﺣﺎل اﺧﻼلﮔﺮی ﻋﻠﯿﻪ رژﻳﻢ ﻻﺋﯿﮏ آذرﺑﺎﯾﺠﺎن اﺳﺖ.

ﺟﻤﻌﻪ 09 دي 1390 - ﺳﺎﻋﺖ 17:06 ﺷﻤﺎره ﺧﺒﺮ: 100863371918 "ﮔﺎﻟﻮپ"ﻧﻔﺮت اﻳﺮاﻧﯿﺎن از آﻣﺮﻳﮑﺎ را ﺗﺎﻳﯿﺪ ﻛﺮد ﺑﺮ اﺳﺎس ﻧﻈﺮﺳﻨﺠﯽ ﻣﻮﺳﺴﻪ آﻣﺮﯾﮑﺎﯾﯽ ﮔﺎﻟﻮپ، اﻛﺜﺮﻳﺖ اﯾﺮاﻧﯽ ھﺎ ﺳﯿﺎﺳﺖھﺎی آﻣﺮﯾﮑﺎ، اﻧﮕﻠﯿﺲ و اﺗﺤﺎدﯾﻪ اروﭘﺎ را ﻗﺒﻮل ﻧﺪارﻧﺪ. در ﻧﻈﺮﺳﻨﺠﯽ ھﺎ، ﻣﺮدم اﯾﺮان از آﻣﺮﯾﮑﺎ ﺑﯿﺸﺘﺮ از اﻧﮕﻠﯿﺲ ﻧﻔﺮت دارﻧﺪ ﺑﻨﺎﺑﺮاﯾﻦ ﮔﺰارش، 65 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ آﻣﺮﯾﮑﺎ و 62 درﺻﺪ از آﻧﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﻧﮕﻠﯿﺲ را رد ﻣﯽﮐﻨﻨﺪ و ﺗﻨﮫﺎ 9 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻣﻌﺘﻘﺪﻧﺪ ﮐﻪ ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﯾﻦ دو ﮐﺸﻮر ﻗﺎﺑﻞ ﺗﺎﯾﯿﺪ اﺳﺖ در اﯾﻦ ﻧﻈﺮﺳﻨﺠﯽ ﮐﻪ ﺑﺮ اﺳﺎس ﻣﺼﺎﺣﺒﻪ ﺗﻠﻔﻨﯽ ﺑﺎ 1003 اﯾﺮاﻧﯽ 15 ﺳﺎل ﺑﻪ ﺑﺎﻻ اﻧﺠﺎم ﺷﺪه اﺳﺖ، ﻣﺸﺨﺺ ﺷﺪه اﺳﺖ ﮐﻪ ﻧﻮع ﻧﮕﺎه

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...