Ana içeriğe atla

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.


1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların videogörüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik”.
 Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cu ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cu ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub.  Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar, eyni zamanda, səfirliyin fəaliyyətinə də nəzarət edir.
Azərbaycanda törədilməyə cəhd edilən təxribatların da məhz bu təşkilatın təşkil etdiyi istisna olunmur. İran tərəfi evində silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə etiraz edir, amma eyni tələblə azərbaycanlılar İranda çıxış etsə, onları edam edərlər. Molla rejimi bilməlidir ki, Azərbaycana təzyiqlərlə burada qondarma xomeyniçiləri hərəkətə  gətirə bilməzlər. Bu təzyiqlər, şübhəsiz ki, əks effektini verər və ölkədə ciddi etiraz partlayışına səbəb olar. Belə ki, əgər onların  Azərbaycanda 5-10 nəfər  adamı varsa, cənubda Azərbaycan Respublikasını 35 milyon azərbaycanlı dəstəkləyir!



18px16px14px12px
İran xüsusi xidmət orqanlarının mənfur terror sifarişləri 

Analitika
Azərbaycan növbəti dəfə sübut etdi ki, onun təhlükəsizliyi etibarlı əllərdədirCənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil.

Cənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Bu fonda İran Azərbaycana qarşı zaman-zaman müxtəlif gedişlər etməyə, hətta təxribatlar törətməyə çalışır. Ölkəmizdə İranla bağlı olan müəyyən radikal dini qurumların, siyasi partiyaların və ayrı-ayrı fərdlərin mövcudluğu da bunun real təsdiqidir. 
Düzdür, müvafiq rəsmi dairələr İranla bağlı qurumların fəaliyyətini vaxtında neytrallaşdıra bilirlər. Amma o da həqiqətdir ki, bütün bunlara və Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. Bunun ən bariz sübutu İranın işğalçı və terrorçu Ermənistanla münasibətlərini günü-gündən genişləndirməsidir.
Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, bu günlərdə İran tərəfi yenidən Azərbaycanda təxribatlar yaratmaq cəhdləri göstərməsilə öz niyyətinin nədən ibarət olmasını sərgiləyib. 
Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb. Məlumata görə, Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə, əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakıda fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törətiblər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıb. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qaçaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Təəssüflə qeyd etməliyik ki, bu və bu kimi digər hadisələr birinci dəfə təkrarlanmır. Daha dəqiq desək, İran xüsusi xidmət orqanları zaman-zaman belə vəziyyətlər yaratmaqla, Azərbaycanın güclənməsini həzm etmək istəmədiyini büruzə edir.

Beş-on nəfər qarşısında 35 milyonu görə bilər

Lakin İranın bu kimi mənfur əməlləri davamlı xarakter almaqdadır.
Bunun üçün islam dinindən öz siyasəti üçün istifadə edərək, Azərbaycan dindarlarını da bu fəaliyyətin iştirakçılarına çevirib. Rəsmi Tehrandan Bakıya doğru istiqamət alan mənfur  notalar da məhz bunun göstəricisidir. Və əslində, İranın Azərbaycanı zəif salmaq istəyi tarix boyu olub. 
Hələ 1990-cı illərdə Gəncə hadisələri zamanı İran səfirinin canfəşanlığı, eyni zamanda, 1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların videogörüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanlar təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik”.  Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cu ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cu ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub.  Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar, eyni zamanda, səfirliyin fəaliyyətinə də nəzarət edir.
Azərbaycanda törədilməyə cəhd edilən təxribatların da məhz bu təşkilatın təşkil etdiyi istisna olunmur. İran tərəfi evində silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə etiraz edir, amma eyni tələblə azərbaycanlılar İranda çıxış etsə, onları edam edərlər. Molla rejimi bilməlidir ki, Azərbaycana təzyiqlərlə burada qondarma xomeyniçiləri hərəkətə  gətirə bilməzlər. Bu təzyiqlər, şübhəsiz ki, əks effektini verər və ölkədə ciddi etiraz partlayışına səbəb olar. Belə ki, əgər onların  Azərbaycanda 5-10 nəfər  adamı varsa, cənubda Azərbaycan Respublikasını 35 milyon azərbaycanlı dəstəkləyir!

RÖVŞƏN
oxunma sayısı : 831
əlavə edilmə : 25-01-2012 21:47
SES QEZETI

http://www.ses-news.az/index.php?action=static_detail&static_id=197364

Yorumlar

AzSAM-ın təmsilçisi qeyd etdi ki, bizdə olan məlumata görə molla rejimi Güney Azərbaycanda terror h

به اطلاع مسلمانان غیور سراسر جهان می‏ رسانم کافر یهودی تبار صهیونیست, سراصلانخالدی٫

إنا   لله   و   إنا   إلیه   راجعون ‏ به   اطلاع   مسلمانان   غیور   سراسر   جهان   می ‏  رسانم   کافر   یهودی   تبار صهیونیست,  سر اصلان خالدی٫  به‌  جرم   توهین به اسلام ‌  و پیامبر   و   قرآن   و   خدا   محکوم   به   اعدام   می  ‏ باشند . از   مسلمانان غیور   می ‏  خواهم   تا   در   هر   نقطه   که   آنان   را   یافتند،   سریعاً   آنها   را   اعدام   نمایند   تا   دیگر   کسی   جرأت نکند   به   مقدسات   مسلمین   توهین   نماید   و   هر   کس   در   این   راه   کشته   شود،   شهید   است   ان   شاء   الله .  ضمناً   اگر   کسی   دسترسی   به   یهودی   تبار  کافر  صهیونیست سراصلان خالدی دارد   ولی   خود ...

در ھﻤﯿﻦ راﺳﺘﺎ در ﻧﺸﺴﺖ ﺧﺒﺮی ﺧﺒﺮﮔﺰاری ﺗﺮﻧﺪ ﺟﻤﮫﻮری آذرﺑﺎﯾﺠﺎن "اﺻﻼن ﺧﺎﻟﺪی" ﺳﺮﭘﺮﺳﺖ ﻣﺮﮐﺰ ﭘﮋوھﺶھﺎی راھﺒﺮدی آذرﺑﺎﯾﺠﺎﻧﯽھﺎ ادﻋﺎ ﮐﺮد: ﻧﺰدﯾﮏ ﺑﻪ ۴ ھﺰار ﻧﻔﺮ از داﻧﺶ آﻣﻮﺧﺘﮕﺎن و طﻼب آذری ﮐﻪ در اﯾﺮان آﻣﻮزش دﯾﺪه اﻧﺪ، از ﺳﺎل ١٩٩١ در ﺣﺎل اﺧﻼلﮔﺮی ﻋﻠﯿﻪ رژﻳﻢ ﻻﺋﯿﮏ آذرﺑﺎﯾﺠﺎن اﺳﺖ.

ﺟﻤﻌﻪ 09 دي 1390 - ﺳﺎﻋﺖ 17:06 ﺷﻤﺎره ﺧﺒﺮ: 100863371918 "ﮔﺎﻟﻮپ"ﻧﻔﺮت اﻳﺮاﻧﯿﺎن از آﻣﺮﻳﮑﺎ را ﺗﺎﻳﯿﺪ ﻛﺮد ﺑﺮ اﺳﺎس ﻧﻈﺮﺳﻨﺠﯽ ﻣﻮﺳﺴﻪ آﻣﺮﯾﮑﺎﯾﯽ ﮔﺎﻟﻮپ، اﻛﺜﺮﻳﺖ اﯾﺮاﻧﯽ ھﺎ ﺳﯿﺎﺳﺖھﺎی آﻣﺮﯾﮑﺎ، اﻧﮕﻠﯿﺲ و اﺗﺤﺎدﯾﻪ اروﭘﺎ را ﻗﺒﻮل ﻧﺪارﻧﺪ. در ﻧﻈﺮﺳﻨﺠﯽ ھﺎ، ﻣﺮدم اﯾﺮان از آﻣﺮﯾﮑﺎ ﺑﯿﺸﺘﺮ از اﻧﮕﻠﯿﺲ ﻧﻔﺮت دارﻧﺪ ﺑﻨﺎﺑﺮاﯾﻦ ﮔﺰارش، 65 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ آﻣﺮﯾﮑﺎ و 62 درﺻﺪ از آﻧﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﻧﮕﻠﯿﺲ را رد ﻣﯽﮐﻨﻨﺪ و ﺗﻨﮫﺎ 9 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻣﻌﺘﻘﺪﻧﺪ ﮐﻪ ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﯾﻦ دو ﮐﺸﻮر ﻗﺎﺑﻞ ﺗﺎﯾﯿﺪ اﺳﺖ در اﯾﻦ ﻧﻈﺮﺳﻨﺠﯽ ﮐﻪ ﺑﺮ اﺳﺎس ﻣﺼﺎﺣﺒﻪ ﺗﻠﻔﻨﯽ ﺑﺎ 1003 اﯾﺮاﻧﯽ 15 ﺳﺎل ﺑﻪ ﺑﺎﻻ اﻧﺠﺎم ﺷﺪه اﺳﺖ، ﻣﺸﺨﺺ ﺷﺪه اﺳﺖ ﮐﻪ ﻧﻮع ﻧﮕﺎه