Ana içeriğe atla

Kayıtlar

Kasım 19, 2009 tarihine ait yayınlar gösteriliyor

Dünyaxanım Əliyeva: İranın məqsədi Azərbaycan adlı dövləti çökdürməkdir

GünAzTv: İranın “Səhər” zəhər kanalına sərt cavab verməlidir. Bu kanal bütün gücünü istiqamətini antiazərbaycan,antitürk istiqamətində tutub. İsrail xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfər etməsilə bağlı ölkəmizi təhqir edici videorolikin verilməsi İranın bir dövlət kimi mahiyyətini ortaya qoydu. Bir daha göstərdi ki, İran neçə dövlətdir və İranın Azərbaycandakı səfirinin açıqlamasında guya media iki dövlət arasında münasibətləri pozmamalıdır fikirləri sadəcə olaraq sözdən ibarətdir. İran heç bir zaman Azərbaycana qarşı apardığı savaşı dayandırmayacaq. Hazırda, İranda türkçülük hərakatı gücləndikcə və proseslərdə Azərbaycan türklərinin önəmliyi üzə çıxdıqca İran bunun səbəbini Azərbaycanda görür. Bildiyiniz kimi Azərbaycan İranda yaşayan Azərbaycan türklərinin istiqlal mayakına cevrilir. Fikir verin rejim Azərbaycana səfər edən Azərbaycan türklərini həbs edir və rejimin məhkəməsi onları yüksək məbləğdə cərimə edir. Azərbaycanın hansı dövlətlə münasibətləri qurması, bu ...