Ana içeriğe atla

Kayıtlar

Ocak 31, 2011 tarihine ait yayınlar gösteriliyor

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması,

İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir. Kanadada yaşayan güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. O, İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərindən güneyli soydaşlarımızın narazı qaldığını deyib. Qeyd edib ki, milyonlarca güneyli kimi, o da İran hakimiyyətinin hərəkətlərindən hiddətlənib.