Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli Amerikanın Səsinə müsahibəsində İranda yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb. “Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”. Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki mü...
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.