Ana içeriğe atla

Kayıtlar

Aralık 5, 2012 tarihine ait yayınlar gösteriliyor

Dana Rohrabacher: İran azərbaycanlılarının azad yaşamaq hüququ var!

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsi "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" başlığı altında dinləmə keçirib.  Bir neçə tanınmış konqresmenin təmsil olunduğu dinləmədə Azərbaycanın İranla münasibətləri və İran Azərbaycanında siyasi durum müzakirə olunub.  Dinləmədə çıxış edən Konqresmen Dana Rohrabacher İran İslam Respublikasını “qanqster rejimi” adlandıraraq onun azərbaycanlıların hüquqlarını kobud şəkildə pozduğunu bildirdi.  Cənab Rohrabacher qeyd etdi ki, bütün millətlər kimi İran azərbaycanlılarının azad olmaq hüququ var və bir amerikalı olaraq o, azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyir.  Amerikalı konqresmen Azərbaycan hökumətini İrandan qorxmadığına görə alqışladı.