Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».
AzSAM: «İran hakimiyyəti özünün zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyir» Hüseyn Türkel: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir» Cavid Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rehberi Aslan Isabeyli (Kanada): Xomeyniçilik ideologiyasının təhlükəliliyi və onun qarşısının alınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji və terrorçu qurum olan «Sepahe-pasdaran» yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur.