Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».
Hüseyn Türkel: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir»
Cavid
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rehberi Aslan Isabeyli (Kanada): Xomeyniçilik ideologiyasının təhlükəliliyi və onun qarşısının alınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji və terrorçu qurum olan «Sepahe-pasdaran» yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur.
Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynəlxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə «Hizbullah», «Həmas», «İslami Cihad» kimi terror şəbəkələrini idarə edən «Sepahe-pasdaran» eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir».Bəyanatda vurğulanır ki, bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə malik olan Azərbaycan Respublikasıdır: «Mahiyyətcə demokratik dövlətlərə nifrət aşılayan, radikalizmə və terrorçu siyasətə söykənən molla rejimi Azərbaycanın demokratik dünyəvi inkişafı ilə barışmır, orada dini radikallığa meylli qüvvələri öz bayrağı altına toplamaqla onlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Azərbaycanda dini etiqad azadlığının olmasına baxmayaraq, son vaxlarda iranmeylli qüvvələr bir tərəfdən hicab məsələsini siyasi təzyiq metodu kimi gündəmə daşımağa çalışır, digər tərəfdən İrandan əldə etdikləri maliyyə qaynaqları hesabına təxribatçı fəaliyyətə əl atmaqla Azərbaycan dövlətçiliyinə qarşı İranın gerçəkləşdirmək istədiyi təxribatçı planları həyata keçirmək istəyirlər. İnsanların dini inancından sui-istifadə edən bu qüvvələr molla rejiminin zorakılıq və cəhalət aşılayan metodlarını Azərbaycanda da tətbiq etmək istəyirlər. Elə buna görə də, Azərbaycana qarşı xomeyniçilik ideologiyasının yayılmasının qarşısı qətiyyətlə alınmalıdır».
Bəyanatda daha sonra deyilir: «Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri mövcud rejimin çirkin mahiyyətini dərk etdiyindən fars şovinizminə və dini xürafata hələ 1979-cu il inqlabı dövründə «yox» demiş, xomeyni ideologiyasına qarşı kəskin mövqe tutmuşlar. Bu gün də Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı İranın bugünki hakimiyyətinin məkrli siyasətinə kəskin etiraz bildirməkdə, bölgənin demokratikləşməsində hərəkətverici bir qüvvə kimi fəaliyyətini genişləndirməkdədir. Orada milli dövlətçilik şüurunun güclənməsi, Azərbaycan respublikasının müstəqilliyinin və inkişafının önəmsənilməsi artıq günümüzün gerçəkliyidir. Bu gerçəkliklər rejimin Azərbaycana qarşı yürütdüyü təxribat planlarını sarsıldan ən önəmli məqamlardandır. Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası vətəndaşlarının milli dövlətçiliyimizin inkişafını hədəfə alan bu kimi təxribatlara qarşı ayıq-sayıq olmalarını, dövlət orqanları tərəfindən bu təxribatların qarşısının alınmasını zəruri hesab edir: «Bəyan edirik ki, Güney Azərbaycanda yaşayan milyonlarla Azərbaycan türkü Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasını və inkişafını dəstəkləyir».
Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin (Kanada) rəhbəri, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkel qəzetimizə bu məsələ ilə bağlı geniş açıqlama verib.
Xomeyniçilik nədir? Hüseyn Türkelə görə, İslam İnqilabı ərəfəsində — «velayəte-mütləqeyi Fəqih» siyasi nəzəriyyəsi ortaya atıldı. İslam İnqilabının ən öncül liderlərindən olan azərbaycanlı din xadimi ayətullah Şəriətmədari və bir çox şiə alimləri dinin siyasətdən ayrı olmasını, dünyəvi dövlət sisteminin müdafiə edirdilərsə, ayətullah Xomeyni və onun tərəfdarları «Velayəte-fəqih» idarə üsulunun, yəni şəiət qaydaları ilə bir fəqih (muctehid-dini alim) tərəfindən idarə olunan dövlət ideologiyasını irəli sürürdülər.
Xomeyni tərəfdarları İranda şah rejimini yıxaraq hakimiyyəti ələ keçirdilər, ölkə boyunca dünyəvilik tərəfdarları təqib olundu, on minlərlə günahsız insan məhkəməsiz, hətta dindirilmədən qətlə yetirildi, yüz minlərlə insan həbsxanalara və sürgünə göndərildi. Güney Azərbaycan 1980-cı ildə «Sepah» qoşunları tərəfindən nəzarətə alındı və Təbrizə tanklar və ağır texnikalar yeridildi. Dəhşətli qırğınlar törədildi. Azərbaycanlıların dini lideri ayətullah Şəritmədarinin Qum şəhərindəki evi basıldı, özü isə ev dustağı edildi. Molla rejimi hətta xərçəng xəstəliyinə tutulan ayətullah Şəritmədarinin nəinki xəstəxanaya getməsinə izn vermədi, hətta onun yanına həkimlərin gəlməsinə və dava-dərman verilməsinə qadağa qoydu. Xomeyni hətta onun özünə müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfn edilməsinə və ona yas mərasiminin keçirilməsinə izn vermədi».
Ekspert deyir ki, dini rəhərin mütləq diktaturasını müdafiə edən «Velayəte mütləqeye fəqih» ideologiyası dini rəhbəri bütün qanunlardan o, cümlədən Konstitusiyadan yüksəkdə tutur. Müasir siyasi idarəetmə üsulları ilə müqayisə bir yana, «Velayəte mütləqeye fəqih» hətta konstitusiyalı monarxiyadan daha çox orta əsrlərin mütləq monarxiyalarına bənzəyir. Xomeyninin ortaya qoyduğu bu ideologiyaya görə, ölkəni idarə edən dini rəhbər (vəliye-fəqih) qeybdə olan İmam Mehdinin tam səlahiyyətli nümayəndəsidir. Buna görə də dini rəhbərin buyuruqlarının qeyd-şərtsiz icrası tələb olunur.
Hüseyn Türkelin sözlərinə görə, İran rejimi 80 il boyunca dini yasaqlardan əziyyət çəkmiş Azərbaycanın sadə vətəndaşlarının təmiz hislərindən sui-istifadə edərək dindən fars şovinizminin məkrli maraqlarını o, cümlədən anti-Azərbaycan və antitürk siyasətini həyata keçirmək üçün istifadə etməyə çalışır: «İran rejiminin bu gün Azərbaycana da yaymağa çalışdığı məzhəbçilik ideologiyası əslində fars şovinizminin məqsədlərinə xidmət edir. «Əl-qaidə» terror təşkilatının Qərbə qarşı yönələn hədəflərinin təməlində ərəb ultramillətçiliyi dayandığı kimi, İran rejiminin Azərbaycan və Türkiyə əleyhinə siyasətinin arxasında fars şovinizmi dayanır. Hər ikisi din pərdəsi altında hərəkət edir və İslami dəyərlərdən öz dar maraqları naminə sui-istifadə edirlər».
Bəs xomeyniçilik ideologiyasının qarşısını necə almaq olar? Hüseyn Türkel hesab edir ki, ilk öncə Qumda çap olunmuş və fars şovinizminin siyasi maraqlarına uyğun təhrif olunmuş dini kitabların Azərbaycana gətirilməsinin və pulsuz paylanmasının qarşısı alınmalı və dini kitablar Azərbaycanın özündə nəşr edilməlidir: «İnanclı insanlarımız qəbul etməlidirlər ki, şiə məktəbinin mərkəzi Qum, Məşhəd deyil, Nəcəf və Kərbəladır. Məgər orada təhsil alan din alimlərimiz yoxdurmu? Azərbaycanın özündə dini məktəblər yoxdurmu? Hiyə din alimlərini Nəcəf türkmənlərindən deyil, İrandakı fars mollalarının timsalında axtarmalıyıq? İranın din xadimlərinin özləri, elə Xomeyininin özü də Nəcəfdə, Kərbəlada təhsil alıb. Mənim düşüncəmə görə, İranda «dini» təhsil adı altında şovinist ideologiyasını mənimsəmiş adamların fəaliyyətinə nəzarət olunmalı və qeyri-rəsmi dini təbliğata son qoyulmalıdır».
http://azeri.sahartv.ir/video/sizin-tribuna-1582
Yorumlar
Yorum Gönder