Ana içeriğe atla

Kayıtlar

Şubat 13, 2011 tarihine ait yayınlar gösteriliyor

Aslan Isabeyli Bu yaxınlarda Bakıya okeanın o tayından, Kanadadan gəlib.

Aslan Xalidi: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib” Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orda yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edir. http://www.paritet.az/diaspor/3162.html

“Başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edilir”

Aslan Xalidi: ”1990-cı illərdə 4 min azərbaycanlı gəncə İranda hərbi təlim keçirilib” Cənubi Azərbaycanı işğal edən İran bununla kifayətlənməyərək Azərbaycan dövlətini zəiflətməyə çalışır. Bunun üçün İslam dinindən öz siyasəti üçün istifadə edərək, Azərbaycan dindarlarını da bu fəaliyyətin iştirkçılarına çevirib. Son günlər azərbaycanlı dindarlardan aşkarlanan silahlar, hicab məsələsini siyasiləşdirmək istəyən qüvvələrin fəaliyyəti, Tehrandan Bakıya gələn notalar bunun göstəricisidir. İranın Azərbaycanı zəif salmaq istəyi tarix boyu olub. Hələ 1990-cı illərdə Gəncə hadisələri zamanı İran səfirinin canfəşanlığı, eyni zamanda 1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. http://www.paritet.az/siyaset/3137.html