Ana içeriğe atla

Aslan Isabeyli Bu yaxınlarda Bakıya okeanın o tayından, Kanadadan gəlib.

Aslan Xalidi: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib”
Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orda yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edir.
http://www.paritet.az/diaspor/3162.html



Cənublu mühacir Aslan Xalidi də molla rejiminin haqsızlığı üzündən vətənindən uzaq düşüb. Bu yaxınlarda Bakıya okeanın o tayından, Kanadadan gəlib.
Qeyd edək ki, azərbaycanlıların Kanadada da geniş diasporşəbəkəsi var. Kanadada mühacir həyatı yaşayan Aslan Xalidi qəzetimizə açıqlamasında Kanadadakı diaspor fəaliyyətimizi qənaətbəxş hesab edir.
“Azərbaycan diasporu bir neçə ildir təşkilatlanmağa başlayıb. Lakin gənc olmasına baxmayaraq təkcə mənim yaşadığım Kanadada deyil, Avropadan, okeanın o tayından da səsləri gəlir. Diasporumuz dünyanın güclü dövlətlərindən olan Amerikada da fəaliyyətini təşkil etməyi bacardı və bu gün bu fəaliyyət Azərbaycanımızı dünyaya tanıtmaqda mühüm işlər görür. Kanadada ermənilər bizdən qabaq fəaliyyətə başlamışdı və onlar ictimaiyəti öz yalanlarına inandırmağı bacarmışdı. Lakin diasporumuzun təşkilatlanaraq mübarizəyə başlaması nəticəsində artıq erməni yalanları ifşa edilir. Diasporun uğurlarından biri kimi Azərbaycan bayrağının Kanada hökümət evinin qarşısında 3 gün dalğalanmasını göstərmək olar. Artıq Kanada mətbuatında erməni yalanlarının ifşası ilə bağlı məlumatlar verilir. Azərbaycan həqiqətləri, Qarabağda, Xocalıda ermənilərin törətdikləri vandallıqların gerçək üzü aşkarlandı. Ermənilərin illərdir dünya ictiamaiyyətinə əks məlumatların verilməsi nəticəsində Kanadada da yalnış rəy formalaşdırmışdı. Lakin davamlı mübarizə, həqiqətlərin faktlarla sübutu ilə bu yalanların qarşısı alındı. Bütün bunlar Azərbaycan diasporunun, Kanadadakı səfirliyinin, Xarici İşlər Nazirliyinin və ümumilikdə hökümətin fəaliyyətinin şəffaflığını göstərir”.
Yeddi ildir Kanadada yaşayan A.Xalidi erməni diasporu ilə müqaisədə azərbaycanlı diasporunun fəaliyyətini yüksək qiymətləndirir: “Ermənilərin 100 ildə etdiyini Azərbaycan 5 ildə edib desək yanılmarıq. Azərbaycan bu 5 ildə 50 ilin yolunu keçib. Bunlar Azərbaycan dövlətinin xarici siyasətinin nə qədər effektiv olduğunu və bu siyasətdə Azərbaycanın nə qədər demokratik mövqeydə dayandığını göstərir. Bilirsiniz ermənilər Azərbaycan hökümətini, cəmiyyətini dünyada anti-demokratik göstərməyə çalışır. Amma azərbaycanlılarımızın xaricdə təhsilə xüsusi dəyər vermələri, elm ocaqlarında uğurla fəaliyyət göstərmələri, onların insani keyfiyyətləri bunun belə olmadığını sübut etdi. Soydaşlarımızın səyi nəticəsində Azərbaycanın nə qədər obyektiv, nə qədər düzgün olduğunu dünya dövlətləri görür və bunu mahiyyətini nəzərə alaraq düzgün qiymət verir.”
Xatırladaq ki, Aslan Xalidi Kanadada Azərbaycan Stateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir. Mərkəzin əsas fəaliyyəti işğal altında olan cənub torpaqlarımızın Azərbaycana aid olduğunu və İranın şovinist siyasətini, molla rejimi altında yaşayan qeyri-fars xalqlarının, əsasən də çoxluq təşkil edən cənubi azərbaycanlıların bu siyasətdən əziyyət çəkdiyini sübüt etmək, dünya ictimaiyyətinə çatdırmaqdır.
“Mən molla rejiminin təzyiqləri üzündən vətəndən uzaq düşmüşəm. Mənim kimi öz evindən, yurdundan uzaq düşən minlərlə soydaşımız var. Bunlar İranın bir millətin nümayəndələrinə etdiyi zülümlərin göstəricisidir. Bu təşkilatı yaratmaqda məqsədimiz İranı ifşa etmək, azərbaycanlıların haqlarını tapdadığını, onları “İran” boyda zindanda boğduğunu sübut etməkdir. Bu gün ermənilər torpağımızın 20 faizini işğal edib. Onlar bizim düşmənimizdir. Lakin İranı unutmaq lazım deyil. Ermənistana ən böyük dəstək verənlərdən biri də mollalardır. Çünki bununla onlar Azərbaycanın fikrini Qarabağ probleminə yönəltməklə Cənuba diqqətini yayındırmaq istəyir. Daha bilmir ki, Qarabağımızı da qaytaracağıq, cənubumuzu da. Bunu üçün sadəcə səbr, zaman və inamla mübarizə lazımdır”.
Azərbaycanın tezliklə bütöv bir dövlət olacağına inanan A.Xalidi Cənubi Azərbaycanda diaspor təşkilatı yaratmaqla bağlı çağırışlara etiraz etdi: ”Diaspor Azərbaycanın tarixi ərazilərindən kənarda yaşayan azərbaycanlılardır. Cənubi Azərbaycan isə Azərbaycanın işğal edilmiş ərazisidir. Biz dünya dövlətlərinə sübut etməliyik ki, bizim ərazimiz işğal edilib və bu gün bu istiqamətidə fəaliyyətimizi davam etdiririk.”
Cənublu mühacir Azərbaycana gəlişini İran kəşfiyatının son zamanlar fəallaşması ilə bağlı əlaqələndirir. Onun sözlərinə görə, əsas məqsədi

İran haqqında məlumatlı bir insan kimi Azərbaycan cəmiyyətini bilgiləndirməkdir.

Asif NƏRIMANLI

Yorumlar

AzSAM-ın təmsilçisi qeyd etdi ki, bizdə olan məlumata görə molla rejimi Güney Azərbaycanda terror h

به اطلاع مسلمانان غیور سراسر جهان می‏ رسانم کافر یهودی تبار صهیونیست, سراصلانخالدی٫

إنا   لله   و   إنا   إلیه   راجعون ‏ به   اطلاع   مسلمانان   غیور   سراسر   جهان   می ‏  رسانم   کافر   یهودی   تبار صهیونیست,  سر اصلان خالدی٫  به‌  جرم   توهین به اسلام ‌  و پیامبر   و   قرآن   و   خدا   محکوم   به   اعدام   می  ‏ باشند . از   مسلمانان غیور   می ‏  خواهم   تا   در   هر   نقطه   که   آنان   را   یافتند،   سریعاً   آنها   را   اعدام   نمایند   تا   دیگر   کسی   جرأت نکند   به   مقدسات   مسلمین   توهین   نماید   و   هر   کس   در   این   راه   کشته   شود،   شهید   است   ان   شاء   الله .  ضمناً   اگر   کسی   دسترسی   به   یهودی   تبار  کافر  صهیونیست سراصلان خالدی دارد   ولی   خود ...

در ھﻤﯿﻦ راﺳﺘﺎ در ﻧﺸﺴﺖ ﺧﺒﺮی ﺧﺒﺮﮔﺰاری ﺗﺮﻧﺪ ﺟﻤﮫﻮری آذرﺑﺎﯾﺠﺎن "اﺻﻼن ﺧﺎﻟﺪی" ﺳﺮﭘﺮﺳﺖ ﻣﺮﮐﺰ ﭘﮋوھﺶھﺎی راھﺒﺮدی آذرﺑﺎﯾﺠﺎﻧﯽھﺎ ادﻋﺎ ﮐﺮد: ﻧﺰدﯾﮏ ﺑﻪ ۴ ھﺰار ﻧﻔﺮ از داﻧﺶ آﻣﻮﺧﺘﮕﺎن و طﻼب آذری ﮐﻪ در اﯾﺮان آﻣﻮزش دﯾﺪه اﻧﺪ، از ﺳﺎل ١٩٩١ در ﺣﺎل اﺧﻼلﮔﺮی ﻋﻠﯿﻪ رژﻳﻢ ﻻﺋﯿﮏ آذرﺑﺎﯾﺠﺎن اﺳﺖ.

ﺟﻤﻌﻪ 09 دي 1390 - ﺳﺎﻋﺖ 17:06 ﺷﻤﺎره ﺧﺒﺮ: 100863371918 "ﮔﺎﻟﻮپ"ﻧﻔﺮت اﻳﺮاﻧﯿﺎن از آﻣﺮﻳﮑﺎ را ﺗﺎﻳﯿﺪ ﻛﺮد ﺑﺮ اﺳﺎس ﻧﻈﺮﺳﻨﺠﯽ ﻣﻮﺳﺴﻪ آﻣﺮﯾﮑﺎﯾﯽ ﮔﺎﻟﻮپ، اﻛﺜﺮﻳﺖ اﯾﺮاﻧﯽ ھﺎ ﺳﯿﺎﺳﺖھﺎی آﻣﺮﯾﮑﺎ، اﻧﮕﻠﯿﺲ و اﺗﺤﺎدﯾﻪ اروﭘﺎ را ﻗﺒﻮل ﻧﺪارﻧﺪ. در ﻧﻈﺮﺳﻨﺠﯽ ھﺎ، ﻣﺮدم اﯾﺮان از آﻣﺮﯾﮑﺎ ﺑﯿﺸﺘﺮ از اﻧﮕﻠﯿﺲ ﻧﻔﺮت دارﻧﺪ ﺑﻨﺎﺑﺮاﯾﻦ ﮔﺰارش، 65 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ آﻣﺮﯾﮑﺎ و 62 درﺻﺪ از آﻧﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﻧﮕﻠﯿﺲ را رد ﻣﯽﮐﻨﻨﺪ و ﺗﻨﮫﺎ 9 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻣﻌﺘﻘﺪﻧﺪ ﮐﻪ ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﯾﻦ دو ﮐﺸﻮر ﻗﺎﺑﻞ ﺗﺎﯾﯿﺪ اﺳﺖ در اﯾﻦ ﻧﻈﺮﺳﻨﺠﯽ ﮐﻪ ﺑﺮ اﺳﺎس ﻣﺼﺎﺣﺒﻪ ﺗﻠﻔﻨﯽ ﺑﺎ 1003 اﯾﺮاﻧﯽ 15 ﺳﺎل ﺑﻪ ﺑﺎﻻ اﻧﺠﺎم ﺷﺪه اﺳﺖ، ﻣﺸﺨﺺ ﺷﺪه اﺳﺖ ﮐﻪ ﻧﻮع ﻧﮕﺎه

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...