Konqresmen Deyn Rorabaher bir neçə ay öncə rəsmi Vaşinqtonu İranda yaşayan azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb.
“Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”, - konqresmen yazıb.
Amerika konqresmeni Deyn Rorabaherin (Dana Rohrabacher) rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyəti Bakıda qısamüddətli səfərdədir.
Cənab Əliyev Azərbaycanla Amerika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. O son illər əldə etdilmiş iqtisadi uğurlardan danışıb.
“Səfəriniz ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaradır”, prezident bildirib.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaher Azərbaycana ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində ölkədə çox böyük inkişafın şahidi olduğunu vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli əlaqələr, regional və enerji sahəsində əməkdaşlıq, eləcə də əlaqələrin digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xatırladaq ki, bi ilin iyulunda konqresmen Deyn Rorabaher rəsmi Vaşinqtonu İranda yaşayan azərbaycanlıların (Cənubi Azərbaycan) müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. O, dövlət katibi Hillari Klintona məktubunda Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib.
“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır”, - məktubda qeyd olunur. Konqresmen həmçinin bildirir ki, İranda etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasında olduğundan iki dəfə çoxdur.
“Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”, - konqresmen yazıb.
“Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması”, - məktubda vurğulanır.
Yorumlar
Yorum Gönder