Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2013 tarihine ait yayınlar gösteriliyor

İranın molla mediası şeyxi tənqid etdi

İranın “Arannyus” xəbər portalı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin İran səfərinin təfərrüatına toxunan xəbərlər yayıb. Xəbərə görə, İran parlamentinin sədri Əli Laricani ilə görüşdə  QMİ sədri  Azərbaycanda Quranı, ənənəvi islamı təbliğ edənlərin problemi olmadığını deyib. Problemin ifratçılar və ifratçılıqla bağlı olduğunu, bu halın dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından yarandığını deyib. “Gərək, heç kim cızığından kənara çıxmasın”, – A.Paşazadə mövqeyini nəzərə çatdırıb.

Güney Azərbaycanda gedən proseslər müdafiə olunmalıdır.

GünAz TV: Tarix elmləri doktoru, professor Cəmil Həsənli “Amerikanın Səsi” radiosuna müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan hökuməti ilə indiki hökumət arasında fərqli cəhətlərdən danışıb.

Güney Azərbaycanda insanlar molla rejiminin mahiyyətinin nədən ibarət olduğunu, onların fars olmadığını və orada bizə təbii surətdə dost olan adamların olduğunu bildiyimizi başa düşür. Biz bu gün həm Quzey, həm Güney Azərbaycana bu mesajı göndərmək istəyirik ki, Birləşmiş Ştatlar sizin təbii müttəfiqinizdir və biz dünyanın bu hissəsində demokratiya və öz müqəddəratını təyinetməni gətirmək üçün birlikdə işləməliyik”, - Kaliforniya konqresmeni Dana Rohrabaker “Amerikanın səsi”nə bildirib.

Konqresmen Dana Rohrabaker Vaşinqtonda Azərbaycan Respublikasının qurulmasının 95-ci ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edib. Konqresmen “Amerikanın səsi”nə bildirib ki, İranda etnik azərbaycanlılar öz müqəddəratını müəyyən etmək hüququna malikdir. O, müsəlman şərqində ilk Demokratik Respublikanın 95 il öncə Azərbaycanda qurulduğuna işarə edərək deyib. “Bu, çox önəmli bir gündür. Ona görə ki, əvvəllər sədlər bu və ya digər şəkildə çəkildiyi üçün Azərbaycan soyuq müharibə dövründə süni surətdə Amerikanın düşməni hesab edilirdi. Lakin soyuq müharibə artıq 20 ildən çoxdur başa çatıb və Azərbaycan xalqı ABŞ-ın (Amerika Birləşmiş Ştatları) yaxşı dostudur. Azərbaycanla əlaqələrimiz var, eyni zamanda İranda yaşayan azərbaycanlılar var. Güney Azərbaycan var. Burada da Birləşmiş Ştatlara nifrət edən molla rejimi azərbaycanlıları yenə də bizimlə təbii dostluq münasibətləri əleyhinə bir mövqedə saxlayır. Bu gün biz Azərbaycan və ABŞ xalqları arasında təbii dostluğu təntənə ...