Ana içeriğe atla

Kayıtlar

Ekim, 2013 tarihine ait yayınlar gösteriliyor

Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər?

Vəfa Quluzadə: «Rusiya müharibə qorxusu olan regionda güclü görünmək istəyir» Rusiya Xəzər və Qara dəniz ətrafı ərazilərə hücum təyinatlı hərbi texnika yerləşdirir. Eyni zamanda Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparılır, o cümlədən Ermənistandakı hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur. Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər? Politoloq Vəfa Quluzadə burda iki məqsədin ola biləcəyini deyir. Birincisi, Ermənistan və Azərbaycanın işğal olunmuş əraziləri Iranla həmsədrdir. Rusiya da müharibə qorxusu olan regionda güclü görünmək istəyir. Çünki Suriya məsələsi təkcə bir ölkəyə aid deyil. Bu regionda Iran, Suriya, Hezbollah və Rusiya demək birgə cəbhə ilə Amerikanın əleyhinədir. ABŞ bunu çox gözəl bilir və bu səbəbdən də hərbi gəmiləri, sualtı qayığları Suriya sərhəddinə yaxınlaşıb.