Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2024 tarihine ait yayınlar gösteriliyor

Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır

Kanadada fəaliyyət göstərən, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi Kanadada fəaliyyət göstərən AzərbaycanStrateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli Amerikanın Səsinə müsahibəsində İranda yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb. “Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”. Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif...