Ana içeriğe atla

Kayıtlar

Ekim, 2009 tarihine ait yayınlar gösteriliyor

İran hakimiyyətinə yaxın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir.

İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər". Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terro...

Aslan Xalidi: İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır".

Aslan Xalidi: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir" "İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir" deyən A.Xalidi həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: "İran qəsdən bu vasitələrə əl atır ki, türkçülüy...

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Bir vaxtlar Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan Bütöv Azərbaycan Birliyi yenidən bərpa olunur. Bu haqda birliyin İdarə Heyətinin üzvləri məlumat verib. Qeyd edək ki, BAB 2003-cü ildən etibarən fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi bildirib ki, bununla bağlı artıq neçə il idi ki, iş gedirdi. "Məsələ ilə əlaqədar hətta bir müddət bəzi fikirlər də səslənib. Azərbaycanda bəzi qüvvələr BAB-ın fəaliyyətini başqa istiqamətə çəkmək istəyirdilər və ona görə də onun fəaliyyətində bir müddət səngimə oldu. Dünyada və Güney Azərbaycanda gedən hadisələrin mahiyyəti BAB-ın fəaliyyətinin bərpası və sistemli şəkildə təşkil olunması istiqamətində daha ciddi addımlar atılmasını tələb edir. Burada əsas olan Azərbaycan millətinin vəhdət və vahidlik məsələsidir" deyən A.Xalidi bunun çox sevindirici hal olduğunu qeyd edib: "Bu istiqamətdə əsas şərt iqtidar-müxalifət təfəkkürü, hakimiyyətə gəlmək təfəkkürü...

Aslan Xalidi: "Proseslər İranın parçalanmasına doğru gedir"

İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Xalidi proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə...

İran adlanan olke xalqına qarshı kutlevi qırgına-soyqırıma el ata biler.

Aslan Xalidi: "Rejim xalqa qarşı soyqırıma əl ata bilər" İran Ali Nəzarət Şurası 12 iyun prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini təsdiq edib. Siyasi ekspertlər Nəzarət Şurasının bu qərarını təhlükəli sayırlar. Xüsusən, qurumun "bundan sonra ali dini rəhbərə və prezidentə qarşı çıxanlar Allaha qarşı çıxmış sayılacaq" bəyanatını qarşıdurmaya rəvacvermə kimi qiymətləndirirlər. Güneyli politoloq Aslan Xalidi "OLAYLAR"a bildirib ki, gözünü qan örtmüş molla rejimi hakimiyyətini saxlamaq üçün İran adlanan olke xalqına qarşı kütləvi qırğına-soyqırıma əl ata bilər. Qeyd edək ki, seçkilərdə Əhmədinejadın rəqibi olmuş Mirhüseyn Musəvinin xeyli tərəfdarı var və onlar Nəzarət Şurasının qərarını tanımaqdan imtina ediblər.

Fars-molla rejimi gec-tez tarixin arxivinə gömüləcək"

Aslan Isabeyli (Xalidi): "Artıq Xomeyni ideologiyası xalqı itaətdə saxlaya bilmir" Artıq Güney Azərbaycanda da, İranın digər vilayətlərində də fars-molla rejiminin gec-tez tarixin arxivinə gömüləcəyini dərk edirlər. Çünki Xomeyni ideologiyası, İran İslam Respublikası köhnə qaydalarla idarə edə, xalqı itaətdə saxlaya bilmir. Bunu güneyli politoloq Aslan Xalidi bildirib. Onun sözlərinə görə, fars-molla rejiminin bütün "kartları" açılıb. Xalq öz maraqlarını güdən mollalara inanmır, etimad bəsləmir: "Tarix göstərir ki, imperiyalar öz ömrünün sonuna çatanda daha aqressiv olurlar. İranda da belədir. Rejim son illərini yaşadığından özünə rəqib bildiyi hər kəsə, hər bir qüvvəyə qarşı aqressivdir. Real Rəsmi və qeyri-rəsmi hərbi qüvvələr gücləndirilib. "Sepah", "Bəsic", "İslam keşikçiləri" gücləndirilib, onların səlahiyyətləri genişləndirilib. Onlara "nizam əleyhinə fəaliyyət göstərən" qüvvələrə, xüsusilə də "pantürkist...

Aslan Isabeyli:İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir.

İranın ideoloji təxribatları artıb Aslan Isabeyli: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir" "İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Isabeyli deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir " deyən A.Isabeyli(xalidi) həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: ...