Aslan Isabeyli:İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir.
İranın ideoloji təxribatları artıb
Aslan Isabeyli: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir"
"İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Isabeyli deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir" deyən A.Isabeyli(xalidi) həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: "İran qəsdən bu vasitələrə əl atır ki, türkçülüyə qarşı əks-təbliğatı gücləndirə bilsin. Bunun qarşısının alınmasında diasporanın böyük rolu ola bilər. Bunun üçün Azərbaycan ciddi informasiya strategiyası müəyyənləşdirməlidir". ("OLAYLAR"İA)

Yorumlar
Yorum Gönder