Ana içeriğe atla

Kayıtlar

Haziran, 2012 tarihine ait yayınlar gösteriliyor

“İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır”

Əli Həsənov: Biz fəxr edirik ki, müsəlman ölkəsiyik və fəxr edirik ki, dünyəvi dövlətik “New York Times” qəzetinin 5 iyun tarixli nömrəsində “İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır” sərlövhəli məqalə dərc edilib. AzərTAc məqalənin xülasəsini təqdim edir. “New York Times” yazır ki, Xəzər dənizinin sahilində yerləşən, bir-biri ilə ehtiyatlı davranan qonşu ölkələr - Azərbaycan və İran arasında münasibətlər son vaxtlar gərginləşib. Bu ölkələrin sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib,

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...