Ana içeriğe atla

Kayıtlar

Haziran, 2013 tarihine ait yayınlar gösteriliyor

“Stratfor” Analitik Mərkəzinin direktoru Corc Fridman “Forbes” jurnalında məqalə ilə çıxış edib: “Azərbaycan Rusiya və İranın boğazında sümükdür”

ABŞ-ın “Stratfor” Araşdırmalar Mərkəzi Corc Fridmanın “Geosiyasi səyahət: Azərbaycan və Amerika” yazısını dərc edib. 2008-ci ildən bəri Azərbaycana dəfələrlə səfər etmiş müəllif yazır ki, Azərbaycan 3 böyük gücün - Rusiya, İran və Türkiyənin qarşılaşdığı yerdir. Onun fikrincə, Azərbaycan çox təhlükəli yerdə yerləşir. Fridman yazır ki, Azərbaycana özünün “Növbəti 100 il” kitabını nəşr etdirərkən gəlirdi. Bu kitabda Azərbaycan yeni yaranan qlobal sistemdə mühüm yer kimi qiymətləndirilir. Fridmanın sözlərinə görə, o öz nəzəriyyəsini yoxlamaq üçün Azərbaycana gedirdi. Hər Bakıya gedəndə bir məsələni heç vaxt unutmurdu: vaxtilə Hitler hər riskə gedirdi, təki Bakını tutsun. Fridman yazır: “Amerikada Azərbaycanı tanıyan azdır. Azərbaycanlıların fikrincə isə Amerika onları unudur”. Fridman Azərbaycanda izah etməyə çalışıb ki, ölkələrin dostları olmur, onların maraqları olur. Elə bu baxımdan da, müəllifin fikrincə, Azərbaycanla birgə işləmək məhz ABŞ-ın marağında olmalı məsələdir.