Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2024 tarihine ait yayınlar gösteriliyor

Aslan Xalidi: "Yaxın zamanlarda panfarsizmi sarsıdan böyük hərəkat başlanacaq"

"İran elitasına Güney Azərbaycanın ayrılmasına faciə kimi baxmayanlar da, gec-tez bu prosesin reallaşacağını qəbul edənlər də var" İraqda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Sünnilərlə şiələr arasında növbəti qarşıdurma əvvəlkilərə nisbətən daha irimiqyaslı xarakter alıb. Qarşıdurmada daha çox zərbə alan tərəfin şiələrin lider təşkilatı olan "Mehdi Ordusu"nun olması siyasi ekspertlərdə "ABŞ İranı İraqdan sıxışdırır" fikrini yaradıb. Kanadada yaşayan güneyli mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri, politoloq Aslan Xalidiyə görə, baş verənlər göstərir ki, ABŞ maliyyələşdirdiyi terrorçu təşkilatların əlilə sülhyaratma prosesinə mane olan İranın İraqdan çıxarılmasına qərar verib və bu proses payıza doğru daha da intensivləşəcək. - Ötən ilin sonlarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı "İran nüvə proqramını 2003-cü ildə dayandırıb" məlumatı bəzilərində belə bir təəssürat yaratmışdı ki, Amerika Yaxın Şərqdə demok...