Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür
Aslan Isabeyli: "İndi Kanadada erməniləri "xristianlığın qara ləkəsi" sayanlar artır" Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür Bakıya gəlib. Qeyd edək ki, A.Isabeyli 12 ilə yaxın Azərbaycanda yaşayıb və 2004-cü ildən Kanadaya mühacirət edib. Onunla görüşümüzdə ilk sualımız hazırda Kanadadakı fəaliyyəti ilə bağlı oldu: - Mən Bakıdan gedəndən sonra orada ingilis dilini öyrənməyə başladım. Həmin vaxt ingilis dili müəlliminin vasitəsilə bir millət vəkili ilə tanış oldum. O deputat Yeni Demokratlar Partiyasının (NDP) Kanada parlamentindəki təmsilçilərindən idi. Məni partiyanın sədri ilə görüşə dəvət etdi. Bu partiyanın sədri ilə geniş müzakirələrimizdən sonra onlar məni partiyaya cəlb etdilər. Və məni partiyanın Britş Kolumbiyadakı Yaxın Şərq və Qafqaz üzrə masanın başçısı təyin etdilər.