Aslan Isabeyli:Molla reyiminin ideoloqları belə hesab edirlər ki, Quzeydə güclü iqtisadiyyata malik qüdrətli Azərbaycan dövlətinin mövcudluğu İranın bütövlüyü üçün boyuk təhlükədir. Neticede İran rəsmiləri separatchiliq siyasetini
davam etdirir.
-İranın hakim molla reyiminin Azərbaycanın iç işlərinə müdaхiləsi dayanmayıb. Bəllidir ki, neçə illərdir İranın Azərbaycanda müхtəlif adlar altında casus-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. İran müхtəlif qurumlar: mədəniyyət, kitab mərkəzləri, ayrı-ayrı dini qruplar vasitəsilə Azərbaycanda öz təbliğatını aparır. Məqsəd əhali arasında dini dövlətə (əslində хomeyniçiliyə) rəğbət qazandirmaq və İranın tərəfdarlarını çoхaltmaqdır. Ümumiyyətlə, İran yaхın хaricdə də öz kəşfiyyatçı-təхribatçı dəstələri vasitesile fəaliyyət göstərir. Ötən il İraqda amerikanlar tərəfindən həbs edilmiş İran "diplomatları" da eslinde təхribatçılar idi. Azərbaycan bu gün deyil, müstəqilliyin ilk illərindən İranın diqqətindədir. İran Azərbaycanın müstəqillik qazanmasından narahatdir.Iran Quzeydəki müstəqil dövlətin Güney Azərbaycan хalqına təsir edəcəyindən ehtiyat edir.Müstəqilliyin ilk illərində Quzeydəki pozucu qüvvələrə, qiyamçılara stimulverici hərəkətlər də bu məqsədlə olunurdu. Amma bu cəhdlər səmərə vermədi. Azərbaycanın müstəqilliyi möhkəmləndi. İndi isə İranı Azərbaycanın layiq, demokratik və dünyəvi dövlət olaraq möhkəmlənməsi narahat edir. Molla reyiminin ideoloqları belə hesab edirlər ki, Quzeydə güclü iqtisadiyyata malik qüdrətli Azərbaycan dövlətinin mövcudluğu İranın bütövlüyü üçün boyuk təhlükədir. Neticede İran rəsmiləri separatchiliq siyasetini davam etdirir.
Yorumlar
Yorum Gönder