Ana içeriğe atla

Kayıtlar

Dünyaxanım Əliyeva: İranın məqsədi Azərbaycan adlı dövləti çökdürməkdir

GünAzTv: İranın “Səhər” zəhər kanalına sərt cavab verməlidir. Bu kanal bütün gücünü istiqamətini antiazərbaycan,antitürk istiqamətində tutub. İsrail xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfər etməsilə bağlı ölkəmizi təhqir edici videorolikin verilməsi İranın bir dövlət kimi mahiyyətini ortaya qoydu. Bir daha göstərdi ki, İran neçə dövlətdir və İranın Azərbaycandakı səfirinin açıqlamasında guya media iki dövlət arasında münasibətləri pozmamalıdır fikirləri sadəcə olaraq sözdən ibarətdir. İran heç bir zaman Azərbaycana qarşı apardığı savaşı dayandırmayacaq. Hazırda, İranda türkçülük hərakatı gücləndikcə və proseslərdə Azərbaycan türklərinin önəmliyi üzə çıxdıqca İran bunun səbəbini Azərbaycanda görür. Bildiyiniz kimi Azərbaycan İranda yaşayan Azərbaycan türklərinin istiqlal mayakına cevrilir. Fikir verin rejim Azərbaycana səfər edən Azərbaycan türklərini həbs edir və rejimin məhkəməsi onları yüksək məbləğdə cərimə edir. Azərbaycanın hansı dövlətlə münasibətləri qurması, bu ...
Azərbaycan həqiqətlərinin Kanada da təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında köklü dəyişiklik yaranmışdır. Kanadada yaşayan azərbaycanlı, bu ölkənin nüfuzlu “Nyu Demokrat” Partiyasının Yaxın Şərq və Qafqaz üzrə əlaqələndiricisi, politoloq Aslan Xalidi demişdir ki, təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasına səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olmuşdur. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib. Kanadanın “Nyu Demokrat” Partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma “erməni soyqırımı” iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxış etmişdir. Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkəmizin maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımlarını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini vermiş...

İran hakimiyyətinə yaxın dairələrin Azərbaycan Respublikasına ünvanlanmış hədələri davam edir.

İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadinin ardınca "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah Azərbaycanda İsrail səfirliyinin vurula biləcəyini bildirib. Azərbaycan Strateyi Araşdırma Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi açıqlamasında qorxunc terror təşkilatı olan "Hizbullah"ın bu hədəsinin diqqətə alınmasını vacib sayıb. Onun fikrincə, İran Azərbaycana qarşı hərəkətlərdə ermənilərdən istifadə edə bilər: "İran işğalçı Ermənistanla müttəfiq münasibətlərə malikdir. Molla reyimi Azərbaycanın güclənməsini istəmir, əksinə onun düşmənini -Ermənistanı gücləndirməyə çalışır. Azərbaycana qarşı təxribatçı hərəkətlərdə bu iki dövlət fəaliyyətlərini koordinasiya edə bilərlər". Politoloq hesab edir ki, İrana bir sıra məlumatları Bakıda yaşayan ermənilər ötürə bilərlər: "İran kəşfiyyatı Bakıda yaşayan ermənilərdən informator kimi istifadə edir. Bizdə buna dair məlumatlar var. "Hizbullah" və digər İrana bağlı terro...

Aslan Xalidi: İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır".

Aslan Xalidi: "Azərbaycan xüsusi informasiya strategiyası müəyyənləşdirməlidir" "İran parlamenti, prezident aparatı və ali dini rəhbərliyinin planlaşdırdığı birgə strategiya nəticəsində Azərbaycan Respublikası əleyhinə əks-təbliğat aparılır. İran Azərbaycanın daxili işlərinə qarışır, dövlətdə və xalq arasında ayrı-seçkilik yaratmağa çalışır". Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, güneyli politoloq Aslan Xalidi deyib. O, bildirib ki, İran Azərbaycanda dini faktorların pozulması istiqamətində ciddi iş aparır. "Bu təxribat bir neçə yolla: İran səfirliyinin mətbuat xidməti və İran mədəniyyət mərkəzinin rəhbəri Ocaqnejadın rəhbərliyi ilə həyata keçirilir. İran radiosu Təbrizin adından istifadə edərək, Azərbaycan vətəndaşlarının ünvanına xoşagəlməz ifadələr işlədir" deyən A.Xalidi həmin radioda işləyənlərin əslində müxtəlif vasitələrlə ələ alınmış etnik qruplardan ibarət olduğunu bildirib: "İran qəsdən bu vasitələrə əl atır ki, türkçülüy...

Aslan Xalidi: "Əsas olan bütöv azərbaycançılıq təfəkkürünü formalaşdırmaqdır"

Bir vaxtlar Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan Bütöv Azərbaycan Birliyi yenidən bərpa olunur. Bu haqda birliyin İdarə Heyətinin üzvləri məlumat verib. Qeyd edək ki, BAB 2003-cü ildən etibarən fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi bildirib ki, bununla bağlı artıq neçə il idi ki, iş gedirdi. "Məsələ ilə əlaqədar hətta bir müddət bəzi fikirlər də səslənib. Azərbaycanda bəzi qüvvələr BAB-ın fəaliyyətini başqa istiqamətə çəkmək istəyirdilər və ona görə də onun fəaliyyətində bir müddət səngimə oldu. Dünyada və Güney Azərbaycanda gedən hadisələrin mahiyyəti BAB-ın fəaliyyətinin bərpası və sistemli şəkildə təşkil olunması istiqamətində daha ciddi addımlar atılmasını tələb edir. Burada əsas olan Azərbaycan millətinin vəhdət və vahidlik məsələsidir" deyən A.Xalidi bunun çox sevindirici hal olduğunu qeyd edib: "Bu istiqamətdə əsas şərt iqtidar-müxalifət təfəkkürü, hakimiyyətə gəlmək təfəkkürü...

Aslan Xalidi: "Proseslər İranın parçalanmasına doğru gedir"

İranda Mahmud Əhmədinejad növbəti dəfə prezident səlahiyyətlərinin icrasına başlayıb. Rejimin ali dini lideri Ayətulla Xamneyidən xeyir-dua alan Mahmud Əhmədinejadın yeni hakimiyyəti dövründə İranda baş qaldıran qarşıdurmaların taleyinə aydınlıq gətirən güneyli politoloq Aslan Xalidi İranda yaşayan vətəndaşların ümumilikdə M.Əhmədinejadı qəbul etmədiyini deyib. O, İranda baş verən siyasi proseslərin ölkənin dini strukturunda planlaşdırılmış siyasi strategiyanın tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu siyasi strategiyalar özünü doğrultmayıb. Ölkə daxilində, hakimiyyətin içində olan qruplar arasında böyük münaqişə yarandığını deyən A.Xalidi proseslərin İranın parçalanmasına doğru getdiyini vurğulayıb. O, M.Əhmədinejadın Hakimiyyətdə qala biləcəyi təqdirdə, narazı kütlə müxtəlif insanları müvəqqəti lider kimi seçib rejimin dəyişilməsinə can atacağını deyib. O, yaxın zamanlarda İranda daxili sabitliyi görməyin mümkün olmayacağını, İranda rejimdən narazı qüvvələrinin istəklərinə...

İran adlanan olke xalqına qarshı kutlevi qırgına-soyqırıma el ata biler.

Aslan Xalidi: "Rejim xalqa qarşı soyqırıma əl ata bilər" İran Ali Nəzarət Şurası 12 iyun prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini təsdiq edib. Siyasi ekspertlər Nəzarət Şurasının bu qərarını təhlükəli sayırlar. Xüsusən, qurumun "bundan sonra ali dini rəhbərə və prezidentə qarşı çıxanlar Allaha qarşı çıxmış sayılacaq" bəyanatını qarşıdurmaya rəvacvermə kimi qiymətləndirirlər. Güneyli politoloq Aslan Xalidi "OLAYLAR"a bildirib ki, gözünü qan örtmüş molla rejimi hakimiyyətini saxlamaq üçün İran adlanan olke xalqına qarşı kütləvi qırğına-soyqırıma əl ata bilər. Qeyd edək ki, seçkilərdə Əhmədinejadın rəqibi olmuş Mirhüseyn Musəvinin xeyli tərəfdarı var və onlar Nəzarət Şurasının qərarını tanımaqdan imtina ediblər.