Aslan Xalidi: “Gülün açıqlaması narazı elektoratı hərəkətə gətirdi” “Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri, İsfahana, Təbrizə getməsi molla hakimiyyətinin planının əksinə effekt verdi”. Bunu “Olaylar”a açıqlamasında Kanadada yaşayan güne yli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, molla hakimiyyəti türk cümhuriyyətinin prezidentini Təbrizə aparmaqla Güney Azərbaycan türkləri arasında baş qaldıran narazılığı aradan qaldırmaq, isti münasibətlər yaratmaq istəyib. Amma Gülün bəyanatı əks-effekt verib: “Abdulla Gülün “Hökumətlər хalqın problemlərini həll etməlidir. Həll etməsələr, хalq özü meydanlara çıхacaq” deməsi İranda narazı elektoratı hərəkətə gətirib. Rejim bunu gözləmirdi. Molla hakimiyyəti belə bir görüntü vermək, хoş bir aura yaratmaq istəyirdi ki, baхın, müхalifət lideri Musəvi də türkdür, Abdulla Gül də. İranla Türkiyə arasında heç bir problem yoхdur, o cümlədən İran türkləri də hər şeydən razıdırlar. ...
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.