İranın “Arannyus” xəbər portalı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin İran səfərinin təfərrüatına toxunan xəbərlər yayıb. Xəbərə görə, İran parlamentinin sədri Əli Laricani ilə görüşdə QMİ sədri Azərbaycanda Quranı, ənənəvi islamı təbliğ edənlərin problemi olmadığını deyib. Problemin ifratçılar və ifratçılıqla bağlı olduğunu, bu halın dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından yarandığını deyib. “Gərək, heç kim cızığından kənara çıxmasın”, – A.Paşazadə mövqeyini nəzərə çatdırıb.
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.