Ana içeriğe atla

Kayıtlar

Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır

Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli mətbuata İran adlanan ölkədə yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb. Tarix:  11-08-2014 14:41 “Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran rejimi ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini məhz o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”. Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif qüvvələrin səsini kəsmək istəyirlər. Bu ümumilikdə İranın ...

Aslan Isabeyli: "vahid İran xalqı" adlı xalq yoxdur

Avqustun 27-də İranda Bocnurdun Pəyame Nur universitetində fars dili və ədəbiyyatının tanıtımı ocağının beynəlxalq konfransı keçirilib. Konfransa bir çox elmi, ədəbi və siyasi şəxsiyyət qatılıb. Konfrans iştirakçıları bəyan etmişdilər ki, "bəzi dillər və ləhcələr guya məhduddur və hansısa qrupa və ya tayfaya şamil olur. Lakin fars dili bir millətin dilidir. http://www.ocaq.tv/video-haber/vahid-iran-xalqi-adli-xalq-yoxdur/668/

Aslan İsabəyli: Güney Azərbaycan keçici parlamentin adından verilən məramnamə xalqımız üçün təhqirdir.

Aslan İsabəyli: Güney Azərbaycan keçici parlamentin adından verilən məramnamə xalqımız üçün təhqirdir.

Mollarin nöbəti hiyləsi.

Ruhaninin köməkçisi: “Xalqların ana dilində təhsil alması gündəmdədir” İran prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi Əli Yunisi jurnalistlərə açıqlamasında ölkədə qeyri-fars xalqların ana dilində təhsil məsələsindən danışıb. “Media forum” saytının məlumatına görə, Əli Yunisi deyib ki, İrandakı xalqların öz ana dilində təhsil ala bilməsi məsələsinə baxılır: “Hazırda ölkədə başqa-başqa dillərdə, o sıradan da Xuzistan əyalətinin ərəbdilli əhalisinin ana dilində təhsil alması məsələsi gündəmdədir. Biz təhsil naziri ilə görüşlərimizdə problemin həlli üçün müəyyən bir proqramın işlənilib hazırlanması qərarına gəlmişik. Təhsil Nazirliyi xalqların öz ana dillərində lazım olan mərhələyə qədər təhsil ala bilməsi məsələsi haqda bir proqram hazırlamaqdadır”. "Media forum"

Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər?

Vəfa Quluzadə: «Rusiya müharibə qorxusu olan regionda güclü görünmək istəyir» Rusiya Xəzər və Qara dəniz ətrafı ərazilərə hücum təyinatlı hərbi texnika yerləşdirir. Eyni zamanda Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparılır, o cümlədən Ermənistandakı hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur. Rusiyanın regiona silah və hərbi texnika yığmasının əsas səbəbi nə ola bilər? Politoloq Vəfa Quluzadə burda iki məqsədin ola biləcəyini deyir. Birincisi, Ermənistan və Azərbaycanın işğal olunmuş əraziləri Iranla həmsədrdir. Rusiya da müharibə qorxusu olan regionda güclü görünmək istəyir. Çünki Suriya məsələsi təkcə bir ölkəyə aid deyil. Bu regionda Iran, Suriya, Hezbollah və Rusiya demək birgə cəbhə ilə Amerikanın əleyhinədir. ABŞ bunu çox gözəl bilir və bu səbəbdən də hərbi gəmiləri, sualtı qayığları Suriya sərhəddinə yaxınlaşıb.

Azərbaycanda terrorçuluqda İran vətəndaşının məhkəməsi başlayıb

"Islamci haci" Iranın ali dini lideri Seyidəli Xamneyinin əmrini gözlədiklərini, Azərbaycanda da islam dövləti quracaqlarını bildirib.     Məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirən Aslan IsabeyliIran casuslarına qarşı ölçü götürülməsini vacib sayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses günün ikinci yarısında davam etdiriləcək.