Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli mətbuata İran adlanan ölkədə yaşayan azərbaycanlıların hüquqları, prezident Həsən Ruhaninin azərbaycanlıların hüquqları ilə bağlı vədləri, Güney Azərbaycan parlamenti və mövcud durumdan danışıb.
Tarix: 11-08-2014 14:41 |
“Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran rejimi ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini məhz o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”.
Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif qüvvələrin səsini kəsmək istəyirlər. Bu ümumilikdə İranın apardığı siyasətin tərkib hissəsidir. Bir tərəfdən dünya dövlətləri ilə əlaqəyə girir, digər tərəfdən ölkə daxilində ona mane olacaq siyasi qüvvələrin səsini kəsir”.
İsabəylinin fikrincə Güney azərbaycanlılar 3-4 molla ilə deyil bir sistemlə “səssiz müharibə” aparır. “Bu “səssiz müharibə”də rejimin kəşfiyyat orqanları sakit deyil. Kəşfiyyat orqanları çalışır ki, nəinki Güney Azərbaycanda zorla, həm də müxtəlif yollarla, - insanları ələ almaqla, xarici dövlətlərə, orada yaşayan insanlara nüfuz edərək onların vasitəsi ilə daxildə azərbaycanlıların fəaliyyətinin qarşısını alsın və Güney Azərbaycanlılar arasında pərakəndəliyi daha da inkişaf etdirsin ki, Güney Azərbaycan məsələsi İranın daxilində inkişaf etməsin. Daha doğrusu durum rejimi qorxuya salacaq səviyyəyə gəlib çıxmasın”, deyə o “Həsən Ruhani hakimiyyətə gəldikdən sonra azərbaycanlıların rejimə qarşı mübarizəsi sanki zəifləyib”, sualının cavabında bildirib.
O hesab edir ki, Güney Azərbaycan parlamentinin yaradılması çox zəruridir və vacibdir. Bu xalqın azadlığına kömək edəcək. Parlament Güney Azərbaycan mübarizlərinin yaxından iştirakı ilə fəaliyyət göstərməlidir. “Bununla yanaşı Güney Azərbaycan parlamentinin yaradılmasında bir neçə dövlətin marağı var. Onlardan biri də İrandır. İran istəyər ki, Güney Azərbaycan parlamenti yaradılsın, ancaq nəzarət öz əlində qalsın. Ona görə də parlamentin yaradılması məsələsində çox ehtiyatlı olmağı bacarmalıyıq” .
İsabəylinin fikrincə Güney Azərbaycan mübarizlərinin daha elmli, bölgədə gedən prosesləri nəzərə almaqla mübarizə aparması vacibdir. “Biz kollektiv mübarizəyə üstünlük verməliyik”, o qeyd edib.
Yorumlar
Yorum Gönder