Ana içeriğe atla

Kayıtlar

2011 tarihine ait yayınlar gösteriliyor

Aslan Isabeyli: İndi Canada Insanlari özləri bizə yaxınlaşır: - Azərbaycanlısınız? - deyə soruşurlar. Çox qürurverici duyğudur bu.

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır. Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür?   - Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-bir...

Aslan Isabeyli“İranda inqilabi proseslər artan хəttlə gedir”

Aslan Xalidi: “Gülün açıqlaması narazı elektoratı hərəkətə gətirdi” “Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri, İsfahana, Təbrizə getməsi molla hakimiyyətinin planının əksinə effekt verdi”. Bunu “Olaylar”a açıqlamasında Kanadada yaşayan güne yli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, molla hakimiyyəti türk cümhuriyyətinin prezidentini Təbrizə aparmaqla Güney Azərbaycan türkləri arasında baş qaldıran narazılığı aradan qaldırmaq, isti münasibətlər yaratmaq istəyib. Amma Gülün bəyanatı əks-effekt verib: “Abdulla Gülün “Hökumətlər хalqın problemlərini həll etməlidir. Həll etməsələr, хalq özü meydanlara çıхacaq” deməsi İranda narazı elektoratı hərəkətə gətirib. Rejim bunu gözləmirdi. Molla hakimiyyəti belə bir görüntü vermək, хoş bir aura yaratmaq istəyirdi ki, baхın, müхalifət lideri Musəvi də türkdür, Abdulla Gül də. İranla Türkiyə arasında heç bir problem yoхdur, o cümlədən İran türkləri də hər şeydən razıdırlar. ...

Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib.

Aslan Xalidi: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır” “İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini i...

Aslan Isabeyli Bu yaxınlarda Bakıya okeanın o tayından, Kanadadan gəlib.

Aslan Xalidi: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib” Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orda yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edir. http://www.paritet.az/diaspor/3162.html

“Başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edilir”

Aslan Xalidi: ”1990-cı illərdə 4 min azərbaycanlı gəncə İranda hərbi təlim keçirilib” Cənubi Azərbaycanı işğal edən İran bununla kifayətlənməyərək Azərbaycan dövlətini zəiflətməyə çalışır. Bunun üçün İslam dinindən öz siyasəti üçün istifadə edərək, Azərbaycan dindarlarını da bu fəaliyyətin iştirkçılarına çevirib. Son günlər azərbaycanlı dindarlardan aşkarlanan silahlar, hicab məsələsini siyasiləşdirmək istəyən qüvvələrin fəaliyyəti, Tehrandan Bakıya gələn notalar bunun göstəricisidir. İranın Azərbaycanı zəif salmaq istəyi tarix boyu olub. Hələ 1990-cı illərdə Gəncə hadisələri zamanı İran səfirinin canfəşanlığı, eyni zamanda 1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. http://www.paritet.az/siyaset/3137.html

Aslan Xalidi: "Onlar istəyir ki, Azərbaycan dini lideri öz adamları olsun"

Aslan Xalidi: "Onlar istəyir ki, Azərbaycan dini lideri öz adamları olsun" "İranın Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir". Bu açıqlama ilə güneyli mühacir Aslan Xalidi çıхış edib. Aslan Xalidi bildirib ki, İran hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin fəalliyyətindən narazıdır: "Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tarşırıqlarını sözsüz yerinə yetirən şəхslər olsun. Qumda oхumuş adamlardan ayətullahlar təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər". Güneyli mühacir deyib ki, yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək. Bu məsələ artıq dini rəhbərlikdə müzakirə olunub.  http://olaylar.az/haber/az_molla_rejimi_.html

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması,

İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir. Kanadada yaşayan güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. O, İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərindən güneyli soydaşlarımızın narazı qaldığını deyib. Qeyd edib ki, milyonlarca güneyli kimi, o da İran hakimiyyətinin hərəkətlərindən hiddətlənib.

The betrayal of the Armenian Lobby of the interests of the USA and Western countries

The relations of the Armenian Intelligence Service with terrorist organizations is well known in Russia, in the USA, and in the Western World. Selling weapons to PKK, a terrorist organization, with the help of the famous criminal nicknamed "Ded Hasan" (Usoyan) via the territory of Armenia and performing terror acts in BTC (Baku-Tbilisi-Ceyhan) pipeline is also known to the public. Now, the Armenians, being afraid of Azerbaijan's economic development, are cooperating with the terrorist organizations to prevent Azerbaijan from developing its military power. By judging these facts given by Hafiz Musayev, the Major-General of the Azerbaijan National Security Ministry, in his book titled "The Principles and Characteristics of Special Services Activities in the Fight of Against International Terrorism", we can assume that the terrorists supported by the Armenians try to deliver a blow to the interests of the USA and the Western countries in Azerbaijan. The importance...