Ana içeriğe atla

Aslan Isabeyli: İndi Canada Insanlari özləri bizə yaxınlaşır: - Azərbaycanlısınız? - deyə soruşurlar. Çox qürurverici duyğudur bu.

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır.
Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür? 
- Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-birimizlə sıx əlaqələrimiz, bir-birimizə anlayışla, hörmətlə yanaşmamız, ölkəmizin daxili və xarici siyasətinin uğurudur, diasporumuzun inkişafıdır.
Ölkə rəhbəri, eyni zamanda, qarşımızda mühüm vəzifələr qoydu. Dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin qarşısında mühüm vəzifə kimi durur. Ürəyi vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumətlərinə və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmişdə də belə olub, yaxın tariximizdə də. Xocalı soyqırımı dediklərimizə bariz misaldır. 
- II qurultaydan 5 ilə yaxın vaxt keçir. Bu müddət ərzində Kanadada diaspor sahəsində hansı irəliləyişlərə nail olmusunuz, təşkilatlanma necə aparılır? 
- Mən 2003-cü ildən sonra Kanadaya getdim və orada Azərbaycan diasporunun yaranması və inkişafı ilə bağlı fəaliyyətə başladım. Həmin illərdə təkcə Kanada da deyil, başqa ölkələrdə də vəziyyət qənaətbəxş deyildi, pərakəndə şəkildə yeni icmalar yaranırdı, fikir uyğunluğu yox idi. Erməni lobbisi Kanada mətbuatında Azərbaycana qarşı kampaniyalar aparırdı. Adekvat cavab lazım idi. Biz özümüzü səfərbər etdik. Nəticədə keçən müddət ərzində vəziyyət çox dəyişib, indi güclü təşkilatlanma mərhələsini keçirik. 

Məqsədimiz təkcə bu ölkədə yaşayan həmvətənlərimizi ətrafımıza toplayıb onlarla söhbətlər aparmaq və bir yerə yığışıb Xocalı soyqırımını, Novruz bayramını qeyd etmək deyil. Hədəfimiz milli kimliyimizi yaşadığımız ölkənin vətəndaşlarına və həmin ölkədə yaşayan başqa millətlərin vətəndaşlarına tanıtmaq, onlarla dostluq əlaqələri qurmaq, əməkdaşlıq etməkdir. 
Yəni, bu şəkildə biz özümüzü dünyada tanıda bilərik. Çünki dünyanın eşitməli olduğu çox həqiqətlərimiz var. Məsələn, biz hər hansı bir tədbir keçiririksə, çalışırıq həmin ölkənin ziyalı təbəqəsinin nümayəndələrini o tədbirə dəvət edək, Azərbaycan haqqında onlara məlumatlar verək, bu ölkənin nail olduğu iqtisadi uğurlarından, turizm imkanlarından, təbiətindən, iqlimindən, tarixindən və zəngin mədəniyyətindən danışaq. İnanın, beş il öncə özümüzü təqdim edəndən sonra qarşımızdakı adama ölkəmiz haqqında xeyli məlumat verib sonra deyirdik ki, həmin ölkədənik. İndi özləri bizə yaxınlaşır: - Azərbaycanlısınız? - deyə soruşurlar. Çox qürurverici duyğudur bu. 
Xocalı soyqırımı ilə bağlı Kanada kilsələrində tədbir keçirdik, sərgilər açdıq. Tədbirə xristianları dəvət etdik. Bu addımımızı belə mənalandırdıq ki, ermənilər ümumiyyətlə, xristianlığa ləkədirlər. Onlara izah etdik ki, ermənilər Allahın, dinin, imanın əksinə olaraq qonşu xalqı qırmaq üçün terror təşkilatlarını maliyyələşdirirlər. 11 kilsədə belə tədbirlər keçirdik. Kilsə rəhbərləri stendlərdəki başı, bədən üzvləri kəsilmiş insanların şəkillərini görüb dəhşətə gəlirdilər. 
Novruz bayramını da əsl bayram kimi keçirdik. Orada kanadalı və başqa xalqlardan olan insanlar daha çox iştirak edir, rəqslərimizə qol götürüb oynayır, mətbəximizdən heyranlıqlarını bildirirdilər. Azərbaycan Prezidenti tövsiyə etdi ki, yaşadığımız ölkələrdə dövlət qurumlarında çalışmalı, əlaqələrimizi yüksək səviyyədə qurmalıyıq, qanunvericilik orqanlarında təmsil olunmalıyıq. Cənab İlham Əliyev - diplomatiyamız hücum diplomatiyası olmalıdır - dedi və bütün türk dünyasını mövcud problemlərin həllindən vahid mövqedən çıxış etməklə qurtara biləcəyimizi söylədi. 
- Bakıdan hansı təəssüratla ayrılırsınız, bundan sonra işlərinizi necə qurmağı düşünürsünüz?
- Bu qurultayda ən çox zövq aldığım səmimiyyət oldu. Hamı bir-birilə mehribanlıqla görüşür, dostlaşır, yeni əlaqələr qurmaq haqqında danışır, bir-birlərini yaşadıqları ölkələrə qonaq çağırırdılar. Azərbaycan Prezidentinin çıxışı hamının qol-qanadını açmışdı, hamımıza yeni güclə işləmək həvəsi vermişdi. Mən də belə bir təəssüratla ayrılıram sevimli Bakıdan. 
Planlarıma gəlincə, həyata keçirmək niyyətində olduğumuz məsələlər çoxdur. Əlbəttə, mən tək deyiləm. Biz hamımız da çalışacaq, IV qurultaya qarşımızda duran vəzifələri həyata keçirib, Bakıya açıq alınla gələcəyik.


Rəsmiyyə RZALI,
"Azərbaycan"

10.07.2011http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2011&Cid=9

Yorumlar

AzSAM-ın təmsilçisi qeyd etdi ki, bizdə olan məlumata görə molla rejimi Güney Azərbaycanda terror h

به اطلاع مسلمانان غیور سراسر جهان می‏ رسانم کافر یهودی تبار صهیونیست, سراصلانخالدی٫

إنا   لله   و   إنا   إلیه   راجعون ‏ به   اطلاع   مسلمانان   غیور   سراسر   جهان   می ‏  رسانم   کافر   یهودی   تبار صهیونیست,  سر اصلان خالدی٫  به‌  جرم   توهین به اسلام ‌  و پیامبر   و   قرآن   و   خدا   محکوم   به   اعدام   می  ‏ باشند . از   مسلمانان غیور   می ‏  خواهم   تا   در   هر   نقطه   که   آنان   را   یافتند،   سریعاً   آنها   را   اعدام   نمایند   تا   دیگر   کسی   جرأت نکند   به   مقدسات   مسلمین   توهین   نماید   و   هر   کس   در   این   راه   کشته   شود،   شهید   است   ان   شاء   الله .  ضمناً   اگر   کسی   دسترسی   به   یهودی   تبار  کافر  صهیونیست سراصلان خالدی دارد   ولی   خود ...

در ھﻤﯿﻦ راﺳﺘﺎ در ﻧﺸﺴﺖ ﺧﺒﺮی ﺧﺒﺮﮔﺰاری ﺗﺮﻧﺪ ﺟﻤﮫﻮری آذرﺑﺎﯾﺠﺎن "اﺻﻼن ﺧﺎﻟﺪی" ﺳﺮﭘﺮﺳﺖ ﻣﺮﮐﺰ ﭘﮋوھﺶھﺎی راھﺒﺮدی آذرﺑﺎﯾﺠﺎﻧﯽھﺎ ادﻋﺎ ﮐﺮد: ﻧﺰدﯾﮏ ﺑﻪ ۴ ھﺰار ﻧﻔﺮ از داﻧﺶ آﻣﻮﺧﺘﮕﺎن و طﻼب آذری ﮐﻪ در اﯾﺮان آﻣﻮزش دﯾﺪه اﻧﺪ، از ﺳﺎل ١٩٩١ در ﺣﺎل اﺧﻼلﮔﺮی ﻋﻠﯿﻪ رژﻳﻢ ﻻﺋﯿﮏ آذرﺑﺎﯾﺠﺎن اﺳﺖ.

ﺟﻤﻌﻪ 09 دي 1390 - ﺳﺎﻋﺖ 17:06 ﺷﻤﺎره ﺧﺒﺮ: 100863371918 "ﮔﺎﻟﻮپ"ﻧﻔﺮت اﻳﺮاﻧﯿﺎن از آﻣﺮﻳﮑﺎ را ﺗﺎﻳﯿﺪ ﻛﺮد ﺑﺮ اﺳﺎس ﻧﻈﺮﺳﻨﺠﯽ ﻣﻮﺳﺴﻪ آﻣﺮﯾﮑﺎﯾﯽ ﮔﺎﻟﻮپ، اﻛﺜﺮﻳﺖ اﯾﺮاﻧﯽ ھﺎ ﺳﯿﺎﺳﺖھﺎی آﻣﺮﯾﮑﺎ، اﻧﮕﻠﯿﺲ و اﺗﺤﺎدﯾﻪ اروﭘﺎ را ﻗﺒﻮل ﻧﺪارﻧﺪ. در ﻧﻈﺮﺳﻨﺠﯽ ھﺎ، ﻣﺮدم اﯾﺮان از آﻣﺮﯾﮑﺎ ﺑﯿﺸﺘﺮ از اﻧﮕﻠﯿﺲ ﻧﻔﺮت دارﻧﺪ ﺑﻨﺎﺑﺮاﯾﻦ ﮔﺰارش، 65 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ آﻣﺮﯾﮑﺎ و 62 درﺻﺪ از آﻧﺎن ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﻧﮕﻠﯿﺲ را رد ﻣﯽﮐﻨﻨﺪ و ﺗﻨﮫﺎ 9 درﺻﺪ از اﯾﺮاﻧﯿﺎن ﻣﻌﺘﻘﺪﻧﺪ ﮐﻪ ﻋﻤﻠﮑﺮد ﺳﯿﺎﺳﯽ اﯾﻦ دو ﮐﺸﻮر ﻗﺎﺑﻞ ﺗﺎﯾﯿﺪ اﺳﺖ در اﯾﻦ ﻧﻈﺮﺳﻨﺠﯽ ﮐﻪ ﺑﺮ اﺳﺎس ﻣﺼﺎﺣﺒﻪ ﺗﻠﻔﻨﯽ ﺑﺎ 1003 اﯾﺮاﻧﯽ 15 ﺳﺎل ﺑﻪ ﺑﺎﻻ اﻧﺠﺎم ﺷﺪه اﺳﺖ، ﻣﺸﺨﺺ ﺷﺪه اﺳﺖ ﮐﻪ ﻧﻮع ﻧﮕﺎه

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...