Avqustun 27-də Güney Azərbaycanda baş vermiş zəlzələ zamanı zərər çəkən insanlara dəstək məqsədi ilə Bakıda xeyriyyə konserti keçirildi. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsert əməkdar artist Tünzalə Ağayevanın çıxışı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva Güneydə baş verən zəlzələ ilə bağlı təəssüf hislərini bölüşdü.
Tədbirdə vurğulandı ki, konsert “Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir və buna görə də əməkdar artist fərqli solo-konsert proqramıyla çıxış edəcək. Konsertdə təsəvvüf musiqilər də səsləndirildi.
Konsert proqramında qeyd olundu ki, xeyriyyə konsertində toplanılan pul Güney Azərbaycan ərazisində zəlzələ zamanı əziyyət çəkən qardaş-bacılarmıza “Qızıl Aypara” cəmiyyətinin vasitəsi ilə göndəriləcək. Tədbirdən öncə Qənirə Paşayeva da jurnalistlərə açıqlama verdi. Xanım deputat bu tip xeyriyyə konsertlərinin vacibliyini də vurğuladı.
Konsert zamanı müğənni Əbdül Xalid də çıxışı etdi.
Konsert zamanı müğənni Əbdül Xalid də çıxışı etdi.
İzdihamlı keçən konsertə tanınmış siyasətçilər, incəsənət xadimləri, KİV rəhbərləri, diplomatik korpusun nümayəndələri və jurnalistlər də qatılmışdılar.
Yorumlar
Yorum Gönder