ABŞ Müdafiə Nazirliyi İranın kəşfiyyat xidməti sayılan ETTELAAT-ın müxtəlif ölkələrdə fəaliyyəti ilə bağlı hesabat yayıb.
“Media forum” saytının məlumatına görə, hesabatda deyilir: “30 min işçisi olan ETTELAAT dünyanın ən böyük və fəal xüsusi xidmət orqanlarından biridir. Terror əməliyyatlarını həyata keçirmək və ya onun təşkili, kiber müharibəsi aparmaq İran kəşfiyyatının müxtəlif ölkələrdə ən çox istifadə etdiyi taktikalardan sayılır.
ETTELAAT-ın ən çox fəaliyyət apardığı ölkələr Əfqanıstan, İraq, Küveyt, Livan, Orta Asiya ölkələri, Afrika ölkələri, Avstriya, Azərbaycan Respublikası, Xorvatiya, Fransa, Gürcüstan, Almaniya, Türkiyə, Böyük Britaniya, Amerika qitəsi ölkələri, o sıradan da ABŞ-dır”.
http://www.mediaforum.az/az/2013/01/07/Azərbaycanın-adı-ETTELAAT-ın-ən-fəal-olduğu-ölkələr-020513412c03.html#.UOtYHzX-ByA
Yorumlar
Yorum Gönder