Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.
Hacı «Səhər»yə nələri etiraf edib?
25 Aprel, 2009, 2:19
Islam Partiyasının sabiq sədri Iranın ali dini lideri Seyidəli Xamneyinin əmr gözlədiklərini bildirib Iranın “Səhər″ televiziyası Azərbaycan Respublikasına qarşı təxribatlarını davam etdirir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru, güneyli politoloq Aslan Xalidi ”Olaylar”a açıqlamasında deyib ki, aprelin 23-də telekanalın “Kompas” proqramının qonağı Islam Partiyasının sabiq sədri Ə.Əliyev olub. Aparıcının yönəldici suallarını cavablandıran Əlikram Əliyev “sionizmi” lənətləyib, Iran prezidenti Mahmud Əhmədinejadın Avropada keçirilən sammitdə Israili lənətləməsini təqdir edib. Aslan Xalidinin sözlərinə görə, hissə qapılmış Ə.Əliyev Iranın ali dini lideri Seyidəli Xamneyinin əmrini gözlədiklərini, Azərbaycanda da islam dövləti quracaqlarını bildirib. Nardaranlı hacı Bakıdakı “sionistləri” və “Israilə işləyənləri” də hədəfə alıb, hədələyib. Məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirən A.Xalidi Iran casuslarına qarşı ölçü götürülməsini vacib sayıb.
http://musavat.com/news/son-xəbər/Azərbaycanda-terrorçuluqda-İran-vətəndaşının-məhkəməsi-başlayıb_163399.html
Yorumlar
Yorum Gönder