Aslan Xalidi: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib” Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orda yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edir. http://www.paritet.az/diaspor/3162.html
Aslan Isabeyli açıqlamasında bunları deyib: "Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, İranın dövlət dili fars dilidir və tədris fars dilində aparılmalıdır. Ölkədə yaşayan qeyri-fars millətləri isə öz ana dillərində danışmaq və yazışmaq hüququna malikdirlər. Digər maddələrdə isə göstərilir ki, dövlət dili dövlət tərəfindən maliyyələşdirilməlidir". 15 maddə millətimizi allatmaqdan başqa, heç bir şeyə yramır.