Ana içeriğe atla

Kayıtlar

BAKIDA GÜNEY AZƏRBAYCANA DƏSTƏK KONSERTİ KEÇİRİLDİ (FOTOLAR)

Avqustun 27-də Güney Azərbaycanda baş vermiş zəlzələ zamanı zərər çəkən insanlara dəstək məqsədi ilə Bakıda xeyriyyə konserti keçirildi. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsert əməkdar artist Tünzalə Ağayevanın çıxışı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva Güneydə baş verən zəlzələ ilə bağlı təəssüf hislərini bölüşdü. Tədbirdə vurğulandı ki, konsert “Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir və buna görə də əməkdar artist fərqli solo-konsert proqramıyla çıxış edəcək. Konsertdə təsəvvüf musiqilər də səsləndirildi.

“İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır”

Əli Həsənov: Biz fəxr edirik ki, müsəlman ölkəsiyik və fəxr edirik ki, dünyəvi dövlətik “New York Times” qəzetinin 5 iyun tarixli nömrəsində “İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır” sərlövhəli məqalə dərc edilib. AzərTAc məqalənin xülasəsini təqdim edir. “New York Times” yazır ki, Xəzər dənizinin sahilində yerləşən, bir-biri ilə ehtiyatlı davranan qonşu ölkələr - Azərbaycan və İran arasında münasibətlər son vaxtlar gərginləşib. Bu ölkələrin sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib,

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...

Britaniya nəşri bildirir ki, İranda azərbaycanlılar çoxdur. Azərbaycan dövlət xəbər agentlikləri İranda azərilərə işgəncə verilməsi ilə bağlı çoxsaylı xəbərlər yayır. Bu, Azərbaycanla İran arasında münasibətlərin yaxşı olmamasına bir işarədir...

Londonda nəşr olunan “The Times” qəzeti dünənki sayında İsrail və İran kəşfiyyatçılarının Bakıdakı fəaliyyətindən bəhs edən məqalə dərc edib. Rəsmi Tehran yazıya dərhal reaksiya verib. Belə ki, İranın dövlət xəbər agentliyi ” İRNA”nın yaydığı xəbərdə bildirilir ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Xarici İşlər Nazirliyinə çağırılıb; ”İran alimlərini (nüvə üzrə mütəxəssislər nəzərdə tutulur -E.H.) qətlə yetirən terrorçuların izi Azərbaycana gedib çıxır, oradansa bu xətt Təl-Əvivə uzanır. Bundan başqa, Bakıda İsrailin agentura şəbəkəsi çalışır. Onlar “Mossad”a bağlıdır .” İran agentliyinin xəbərində belə deyilir. Həmçinin, xəbərdə vurğulanır ki, Azərbaycan səfirinə təmsil etdiyi dövlətin “Mossad”ın əməliyyatında Tehran rejiminə qarşı ehtimal olunan iştirakı barədə narahatlıqlar dilə gətirilib və səfirimizə etiraz notası təqdim olunub. Deyilənlərə cavab olaraq səfirimiz bəyan edib ki, nota Azərbaycan hakimiyyətinə çatdırılacaq. Və məsələ ilə bağlı qarşı tərəfə tezliklə c...

Aslan Isabeyli: İndi Canada Insanlari özləri bizə yaxınlaşır: - Azərbaycanlısınız? - deyə soruşurlar. Çox qürurverici duyğudur bu.

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır. Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür?   - Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-bir...

Aslan Isabeyli“İranda inqilabi proseslər artan хəttlə gedir”

Aslan Xalidi: “Gülün açıqlaması narazı elektoratı hərəkətə gətirdi” “Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri, İsfahana, Təbrizə getməsi molla hakimiyyətinin planının əksinə effekt verdi”. Bunu “Olaylar”a açıqlamasında Kanadada yaşayan güne yli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, molla hakimiyyəti türk cümhuriyyətinin prezidentini Təbrizə aparmaqla Güney Azərbaycan türkləri arasında baş qaldıran narazılığı aradan qaldırmaq, isti münasibətlər yaratmaq istəyib. Amma Gülün bəyanatı əks-effekt verib: “Abdulla Gülün “Hökumətlər хalqın problemlərini həll etməlidir. Həll etməsələr, хalq özü meydanlara çıхacaq” deməsi İranda narazı elektoratı hərəkətə gətirib. Rejim bunu gözləmirdi. Molla hakimiyyəti belə bir görüntü vermək, хoş bir aura yaratmaq istəyirdi ki, baхın, müхalifət lideri Musəvi də türkdür, Abdulla Gül də. İranla Türkiyə arasında heç bir problem yoхdur, o cümlədən İran türkləri də hər şeydən razıdırlar. ...

Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib.

Aslan Xalidi: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır” “İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini i...