Ana içeriğe atla

Kayıtlar

İran Ermənistanın HHM sistemlərini alıb öz ərazisində quraşdırır

ABŞ başda olmaqla, Qərb dövlətləri isə Ermənistanla İran arasında bu əməkdaşlıq barədə susur, Ermənistana qarşı hər hansı addım atmırlar Artıq uzun müddətdir ki, İranla başda ABŞ olmaqla Qərb dünyası arasında münasibətlər kəskinləşib. İranın nüvə silahı əldə etmək üçün mərkəzlər inşa etdirməsi, uranı zənginləşdirməsi və əlbəttə ki, sürətlə silahlanması Qərb ölkələrini Tehrana qarşı konkret əməli təbirlərin görülməsinə sövq edib. Bunun nəticəsində isə, BMT, eləcə də, bəzi dövlətlər səviyyəsində İrana qarşı iqtisadi, maliyyə və hərbi sahələrdə embarqolar tətbiq edilib, sanksiyalar qəbul olunub.

Molla rejiminin bu siyasəti İslamın gözdən salınmasına, müsəlmanların qınaq obyektinə çevrilməsinə, İsrail və erməni maraqlarına xidmət edir

İran prezidenti Mahmud Əhmədinejatın Ermənistana səfər etməsi müsəlmanlar arasında, xüsusilə də, Azərbaycanda böyük etirazla qarşılanıb. Çünki, iki əsrə yaxın bir müddət ərzində müsəlmanları qətlə yetirən, soyqırımına məruz qoyan ermənilərin əlini sıxmaq və onları bağrına basmaq qəbuledilməz haldır. Lakin görünür hər addım başında İslam dəyərlərindən dəm vuran, dindarların hüquqlarını “müdafiə edən” İran üçün müsəlmanların düşmənlərilə əməkdaşlıq etmək adi hala çevrilib. Onsuz da, Azərbaycan ictimaiyyəti İranın dəfələrlə bu cür xəyanətkar addımlar atmasının şahidi olub. Müsəlmanların qatili olan Ermənistanın küncə sıxışdırıldığı, regional layihələrdən kənarda saxlanıldığı bir zamanda İran ermənilərə qardaş deyərək, onları böhranlı durumdan xilas edib. Hər dəfə də Ermənistana səfər edərkən iranlı rəsmilər “fars-erməni qardaşlığından”, Ermənistanla İranı “əbədi bağlayan dəyərlərdən” ağızdolusu danışıblar.

نامه عضو کنگره آمریکا درباره جدا شدن آذربایجان از ایران

پس از گذشت یک ماه از ارسال نامه جنجالی عضو کنگره آمریکا به هیلاری کلینتون، وزیر خارجه ایالات متحده، درباره حمایت از جدا شدن آذربایجان از ایران، سخنگوی این وزارتخانه، روز دوشنبه (۶ شهریور) بر موضع رسمی آمریکا نسبت به احترام به تمامیت ارضی کشورها تاکید کرد. دینا رورباکر، نماینده ایالت کالیفرنیا در نامه‌ای به خانم کلینتون، گفته بود دولت آمریکا باید از تجزیه آذربایجان

Güney Azərbaycan məsələsi Amerikanın gündəmində

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi konqresmenin Güney Azərbaycan məsələsi üzrə məktubuna cavab verib. ABŞ Dövlət Departamenti (xarici işlər nazirliyi) konqresmen Dana Rorobaher tərəfindən dövlət katibi Hillari Klintonun adına məktubun daxil olmasını təsdiq edib. Məktubda Güney Azərbaycanın İrandan ayrılaraq müstəqilliyi uğrunda mübarizəyə dəstək verilməsinin vacibliyi və onun Azərbaycanla mümkün birləşməsi məsələsi yer alıb. Bu barədə brifinqdə (cələsə)  Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib. Nulandın sözlərinə görə, dövlət katibi konqresmenin məktubuna cavab verib, lakin yazışmanın təfərrüatları açıqlanmayacaq: “Biz ərazi bütövlüyü prinsipinə (əsl, ilkə) riayət edilməsinin lehinə çıxış edirik”. ایمیل لر نتیجه وئردی ; هیلاری کلینتون کنگرسمنین دیله ینه جاواب وئریب

BAKIDA GÜNEY AZƏRBAYCANA DƏSTƏK KONSERTİ KEÇİRİLDİ (FOTOLAR)

Avqustun 27-də Güney Azərbaycanda baş vermiş zəlzələ zamanı zərər çəkən insanlara dəstək məqsədi ilə Bakıda xeyriyyə konserti keçirildi. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsert əməkdar artist Tünzalə Ağayevanın çıxışı ilə baş tutdu. Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva Güneydə baş verən zəlzələ ilə bağlı təəssüf hislərini bölüşdü. Tədbirdə vurğulandı ki, konsert “Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir və buna görə də əməkdar artist fərqli solo-konsert proqramıyla çıxış edəcək. Konsertdə təsəvvüf musiqilər də səsləndirildi.

“İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır”

Əli Həsənov: Biz fəxr edirik ki, müsəlman ölkəsiyik və fəxr edirik ki, dünyəvi dövlətik “New York Times” qəzetinin 5 iyun tarixli nömrəsində “İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır” sərlövhəli məqalə dərc edilib. AzərTAc məqalənin xülasəsini təqdim edir. “New York Times” yazır ki, Xəzər dənizinin sahilində yerləşən, bir-biri ilə ehtiyatlı davranan qonşu ölkələr - Azərbaycan və İran arasında münasibətlər son vaxtlar gərginləşib. Bu ölkələrin sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib,

Aslan Isabeyli(Xalidi): “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın.

1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir. İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAT və SEPAH kömək göstərir. Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əleyhinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri isə Kanadada yaşayan cənubi azərbaycanlı mühacir , “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Isabeyli (Xalidi) keçirdiyi mətbuat konfranslarının birində söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şə...